Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhər 2 saylı tam orta məktəbi yenidən ilin ən yaxşı ümumtəhsil müəssisəsi seçilməyə layiqdir

Tarix:25-12-2014, 22:58

 

Xırdalan şəhər 2 saylı tam orta məktəbi yenidən ilin ən yaxşı ümumtəhsil müəssisəsi seçilməyə layiqdir

    

  Abşeron rayonununXırdalan şəhər2 saylı tam orta məktəbi 1970-ci ildən fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 3400 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 279 nəfər müəllim məşğul olur. Onlardan 2 nəfəri əməkdar müəllim,2 nəfəri isə pedaqoqikaüzrəfəlsəfə doktorudur.

 

  Məktəb 2008-2009-cu tədris ilində təlim-tərbiyə sahəsində qazandığı yüksək nailiyyətlərə görə "Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 2013-2014-cü tədris ilində də məktəbin pedaqoji kollektivi qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edərək yüksək nəticələr əldə etmişdir. Belə ki, dərs ili ərzində təhsil islahatı, təhsil haqqında qanun, ümumtəhsil dövlət standartı və proqramları (kurikulum), təhsilin inkişafı üzrə dövlət strategiyasını və hüquqi normativ sənədləri əldə rəhbər tutaraq fəaliyyət göstərmişdir.

 

Məktəbə təcrübəli pedaqoq Ədalət Camalova rəhbərlik edir. Azərbaycan dili və ədəbiyyat müəllimidir, Bakı Dövlət Universitetinin doktorantıdır. Pedaqoji sahə üzrə elmi-tədqiqat aparır, vaxtaşırı mətbuatda elmi məqalələrlə çıxış edir. Ədalət müəllimədən direktoru olduğu təhsil müəssisəsinin fəaliyyəti barəsində məlumat verməsini xahiş etdik. Məmnuniyyətlə cavablandırdı:

 

  - Xırdalan şəhər 2 saylı tam orta məktəb rayonumuzun ən qabaqcıl təhsil müəssisələrindən biridir. Məktəbimizin məzunlarının rayonumuzun təhsil salnaməsində xüsusi yeri olmuşdur.

 

2013-2014-cü tədris ilində Xırdalan şəhər 2 saylı tam orta məktəbin IX sinfıni 253 şagird, XI sinfıni isə 163 şagird bitirmişdir. Buraxılış imtahanlarının nəticələrinə görə məktəb rayonda II yeri tutmuşdur. XI sinifı bitirmiş məzunların 109 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 70 nəfəri ölkənin müxtəlif ali məktəblərinə daxil olmuş, 10 nəfər məzun 500-700, 4 nəfər isə 600-dan çox bal toplamışdır.


Dərs ilinin başlanğıcında məktəbin pedaqoji kollektivi ümumi icbari təhsilin həyata keçirilməsi üzrə məktəbyaşlı uşaqların siyahıya alınması məqsədilə onların təhsilə cəlb edilməsini mütəşəkkil təşkil etmişdir.

Məktəbdaxili nəzarətin xətti ilə il ərzində ayrı-ayrı fənlərin tədrisi vəziyyəti yoxlanılmış, nəticələri pedaqoji şura iclaslarında və direktor yanında müşavirələrdə geniş müzakirə edilmişdir. Müxtəlif fənlərdən açıq dərslər keçirilmiş, orada Rayon Təhsil Şöbəsinin metodistləri və qonşu məktəbin müəllimləri iştirak etmişlər. Ümumtəhsil milli kurikulumu I -VII siniflərdə müvəffəqiyyətlə davam etdirilir. Məktəbin 218 nəfər müəlliminin kurikulum kursundan keçməsi təmin olunmuşdur.

 

Məktəb pilot məktəbi olaraq "Rus dilinin intensiv tədrisi” layihəsi üzrə l-IX siniflərdə dərslər keçirılir.

Ədalət müəllimədən öyrəndik ki, məkiəbin idmançıları rayon, respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak etmiş, fəxri yerlərə layiq görülmüşlər:

 

 - Ümummilli lider Heydər Əliyeyin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş rayon məktəbləri arasında keçirilən futbol yarışında məktəbin komandası I yeri tutmuşdur. Məktəbin XI sinif şagirdi Əliyeva Aytac Gülverdi qızı idmanın karate növü üzrə 2014-cü ildə keçirilmiş Avropa çempionatında iştirak etmiş və II yer tutmuşdur. Məktəbin V b sinif şagirdləri Məmmədli Hüseyn Azər oğlu İran İslam Respublikasında keçirilmiş karate üzrə Beynəlxalq Asiya çempionatında III yer, Cəbiyev Cəlal Adil oğlu isə Gürcüstanda keçirilmiş cüdo yarışında II yer tutmuşdur. Məktəbin VI sinif şagirdi Əsədova Lalə Elxan qızı İran İslam Res- pubiikasında keçirilmiş karate üzrə Beynəlxalq turnirdə qızlar arasında III yerə layiq görülmüşdür. IX sinif şagirdi Cavadzadə Cavad Zaman oğlu İran İslam Respublikasında ceçirilmiş karate üzrə Beynəlxalq turnirdə oğlanlar arasında III yerə layiq görülmüşdür.

 

  Ə.Camalovanın rəhbərlik etdiyi məktəbdə şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Hər iki məktəbdə "20 Yanvar” faciəsi, "Xocalı” soyqırımı, "31 mart Azərbaycanlıların soyqırımı” günü və işğal olunmuş rayonlar yad edilərək müxtəlif tədbirlər keçirilmişdir. Məktəb hərbi vətənpərvorlik mövzusuna geniş yer verir. Belə ki, məktəbin "Şahin” idman komandası 2014-cü ildə rayondaməktəblərarası keçirilən hərbi yarışda I yerə layiq görülmüşdür. Bununla yanaşı, məktəbin komandası Fövqəladə Hallar Nazirliyinin keçirdiyi tədbirlərdə iştirak etmiş, respubiika müsabiqəsində II və III yerləri tutmuşdur.

 

  Məktəbin şagirdləri Məmmədli Nərrnin Vasif qızı və Aslanov Yusif Yaqub oğlu Azərbaycan Uşaqlarının 2-ci və 3-cü Ümumrespublika Forumunun iştirakçısı olmuşdur.

Həmçinin öyrəndik ki, istedadlı şagirdlərdən ibarət olimpiada hazırlıq mərkəzi yaradılmış, həmin şagirdlər fənn olimpiadalarında, rəsm, musiqi və idman yarışlarında fəal iştirak etmiş və müvafiq yerlər tutmuşlar.

Məktəbdə "Kiçik akademiya " (MKA) fəaliyyət göstərir. MKA-ya istedadlı şagirdlər cəlb edilmiş, burada onların bilikləri dərinləşdirilir, dünyagörüşləri inkişaf etdirilir, sərbəst fikir söyləmək və müstəqil qərar qəbul etmək vərdişləri aşılanır. İstedadlı şagirdlər tədqiqat işlərinə cəlb edilir və beynəlxalq müsabiqə lahiyələrində iştirakları təmin edilir.

Məktəbdə innovasiyaların tətbiqinə geniş yer verilir. Şagird və müəllimlər İKT-nın imkanlarından maksimum istifadə edirlər

 Məktəbin tərtibatına xüsusi diqqət yetirilir.

Məktəbin qabaqcıl iş təcrübəsi rayonda yayılmışdır.

Təlim-tərbiyə sahəsində məktəbin yüksək naliyyətlərini nəzərə alaraq onun "Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirakı məqsədə müvafıqdir.

 

    Baş redaktor: Şamo Əliyev

 

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident