Mixail Lermontovun 200 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində Rusyadan gələn bir qurup nümayəndə heyyəti və Rusiyanın xalq artisti , Rusiya bəstəkarı Eduard Nikolayeviç Abşeron rayonunda yerləşən Yanar Dağda oldular.
Qonaqları Abşeron rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov və Abşeron rayon mədəniyyət və turizim şöbəsinin müdüri İlham Manafov qarşıladı
Qonaqlara məlumat verildi ki, Qədim dövrlərdən bəri
ölkəmizi odlar diyarı adlandırırlar. Bunun səbəbi ölkəmizin müxtəlif yerlərində
yerdən çıxan alovdur. Belə yerlərdən biri dəYanardağdır. Yanardağ Abşeron
rayonunun Digah qəsəbəsi ilə Məhəmmədi qəsəbəsi arasında yerləşən dövlət
qoruğudur. Bu ərazidən keçən insanlar Yanardağın gözəlliyinə tamaşa edirlər.
Bura dünyanın müxtəlif ölkələrindən turistlər gəlir. Bəziləri Yanardağa dini
inanc yeri kimi, bəziləri isə təbiət hadisəsi kimi baxır. Yanardağın yuxarı ərazisinin
hündürlüyü 116 metrə çatır.Bura Abşeronun ən hündür zirvəsi hesab olunur və dəniz
səviyyəsindən 86 metr hündürlükdədir. Bəzən Yanardağda alovun hündürlüyü 10-15
metrə çatır. Burda işləyən işçilərin dediklərinə görə yağış yağanda alovun
çıxdığı yerlərdən əlavə digər yelərdəndə alov çıxır. Qış fəslində torpağın
yumşalmasından kükürd üzə çıxaraq alovu daha da şiddətlədirir.Hələ qədim dövrlərdə
Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb.
Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın
mövcudluğuna istinadən qəbul edilib.
Ölkə
prezidenti cənab İlham Əliyev 2 may 2007 -ci ildə Yanardağı dövlət tarix-mədəniyyət
qoruğu adlandırıb.
Yanardağa 64,55 hektar ərazi ayrılıb. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbirstanlıq ve qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.
Qonaqlara sonda Abşeron rayon icra hakimiyyəti adından Abşeron rayonundan bəhs edən kitablar və Xalca hədiyə edildi
Baş redaktor: Şamo Əliyev