Dekabırın 27-də Abşeron rayon Heydər Əliyev Mərkəzində iki gəncin- Orxan və Nərminin nigahlarının təntənəli qeydə
alınması mərasimi keçirildi.
Nigah mərasimindən öncə gənclər Heydər Əliyev parkına gələrək Ulu Öndərin
abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Sonra gənclər Heydər
Əliyev Mərkəzində olmuş, burada Ulu Öndərin zəngin irsini, həyat və
fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.Nigah
mərasimində gənc ailələrin valideynləri,
yaxın qohumları, nigah şöbəsinin əməkdaşları və Heydər Əliyev
Mərkəzinin işçiləri iştirak etdilər.
Mərasimində çıxış edən Abşeron rayon Heydər Əliyev Mərkəzinin müdüri Tükəzban xanım Həsənova hər iki
cütlüyə xoş arzularını bildirdi, ailənin əhəmiyyətindən və
onların müqəddəs varlığından danışdı, yeni qurulan
gənc ailələrə xoşbəxtlik arzuladı. T.Həsənova bu təşəbbüsün artıq bir ənənə halını aldığını qeyd edərək
bildirdi ki, gənclərimiz həvəslə öz nigah mərasimlərini Mərkəzdə qeyd edirlər.
Sonra gənclər arasında nikah müqaviləsi bağlanıldı və gənclərə nikah
şəhadətnaməsi təqdim olundu.
Çıxış edənlər mərasim iştirakçıları yeni ailə quran gənclərin nikah
mərasimlərinin müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adını
daşıyan Mərkəzdə keçirilməsini həyatlarının ən xoş anları kimi
xatırlayacaqlarını bildirdilər.
Sonra mərasim iştirakçıları və gənclər musiqi sədaları altında rəqs etdilər.
Baş redaktor: Şamo Əliyev