Rayonunun idarə və müəssisələrində, xidmət təşkilatlarında ,müxtəlif əmək kollektivlərində 2014-cü ilin yekunlarına həsr edilmiş hesabat yığıncaqları keçirilir, görölən işlərə yekun vurulur, 2015-cü il üçün yeni vəzifələr müəyyənləşdirilir. Abşeron rayon icra hakimiyyətinin ərazi nümayəndəliklərində də hesabat yığıncaqları davam edir. Növbəti belə tədbir Rayon İcra Hakimiyyəti başçısının Fatmayı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində kecirilmişdir. Abşeron Rayon icra hakimiyyəti başcısının müavini Faiq Kərimovun, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdüri İlham Quliyevin, Rayon icra hakimiyyətinin məsul işçilərinin, rayon təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət təşkilatlarının əməkdaşlarının, həmcinin Fatmayı kənd sakinlərinin, içtimaiyyətin müxtəlif təbəqələrini təmsil edən adamların iştirak etdikləri yığıncaq Fatmayı tam orta məktəbin konfrans zalında kecirildi
Hesabat məruzəsi ilə çıxış edən Fatmayı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yusif Haqverdiyev il ərzində Regionların sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində və rayon rəhbərinin təşəbbüsü və dəstəyi ilə kəndə görülən işlərdən danışmış, həyata keçirilən tədbirləri sadalamışdır. Məruzədə qeyd edilmişdir ki, kəndin sakinləri ötən il kəndin sosial-ictimai həyatında, dövlət tədbirlərində, mədəni-kütləvi işlərdə yaxindan iştirak etmiş, yaşadıqları ərazinin abadlıq- quruculuq işlərində fərqlənmişlər. Hesabat məruzəsində və kənd sakinlərindən Şakir Məmmədovun, Nigar Əzizovanın , Nuru Nadirovun, çıxışlarında kəndə görülmüş işlərlə yanaşı həllini gözləyən problemlərdən danışımışlar.
Yığıncaqda cıxış edən Abşeron rayon icra hakimiyyətinin başçısının müavini Faiq Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son bir ildə respublikamızda həyata keçirilən dinamik iqtisadi inkişafdan, regionlarda, o cümlədən Abşeronda Rayon rəhbəri cənab Zakir Fərəcovun təşkilatçılığı və təşəbbüsü ilə aparılan abadlıq quruculuq işlərindən danışmışdır. RİH başçısının müavini həmçinin qeyd etmişdir ki,rayon rəhbəri cənab Zakir Fərəcovun tələbi hər bir qəsəbənin, kəndin inkişaf səviyyəsinin ən qısa müddətdə Avropa standartlarına çatdırılmasıdır. Bu mənada başqa kəndlərlə yanaşı Fatmayı kəndinin də sosyal yönümlü bəzi cuzi problemləridə bu il başa catdırılmalıdır. Digər problemlər də Dövlət proqramları və rayonun daxili imkanları səviyyəsində həll ediləcəkdir. Kənd bələdiyyəsi, yerli ictimaiyyət mövcud problemlərin aradan qaldırılmasında daha fəal və aktiv olmalıdırlar.
Ümümi yığıncaqda kənd sakinlərinin arzu və təkliflərini dinləyən Abşeron rayon icra hakimiyyəti başcısının müavini Faiq Kərimov qaldırılan məsələlərlə bağlı aidiyyatı orqanların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.
Baş redaktor: Şamo Əliyev