Tədbiri açan Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Bilal Xəlilov öz çıxışında demişdir: 2014-cü il respublikamız, eləcə də rayonumuz üçün uğurlu olmuşdur. Ötən il qazandığımız bütün nailiyyətlər böyük siyasətçi, dünya şöhrətli insan ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttinin nəticəsidir.
Fərəhləndirici haldır ki, təməli 1993-cü ildən qoyulan dövlət quruculuğu işlərinə bu gün hörmətli prezidentimiz İlham Əliyev cənabları rəhbərlik edir. Ona görə ki, cənab İ.Əliyevin həyata keçirdiyi siyasətin əsasını hər birimizin ailəsinin rifahı və təhlükəsizliyinin təmin olunması, hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsi təşkil edir. Son vaxtlar respublikamızın beynəlxalq aləmdə də nüfuzu durmadan artır.
Cənab Prezidentimiz İlham Əliyev Qurban bayramı ərəfəsində Abşeron rayonuna növbəti səfər etmiş və yüksək səviyyədə yenidən qurulmuş Heydər Əliyev parkının, Heydər Əliyev Mərkəzinin, Şahmat məktəbinin, Musiqi məktəbinin, Masazırda yeni stadionun açılışında iştirak etmişdir.
Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik öz işini Azərbaycan Respublikası Konstitutsiyası, Respublika Prezidentinin, Milli Məclisin, Nazirlər Kabinetinin, rayon icra hakimiyyəti başçısının və digər direktiv orqanların qanun, qərar, sərəncam, tövsiyə və tapşırıqları əsasında qurmağa çalışır.
Xüsusilə işimizdə "Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərmanın muddəalarını əldə rəhbər tuturuq. İşimizi məlum fərmanın tələbləri səviyyəsində qurmağa çalışırıq.
Təqdirə layiq haldır ki, cənab prezidentimizin xüsusi diqqəti nəticəsində uzun müddət yolun bərbad vəziyyətdə olmasından əziyyət çəkən Hökməli-Qobu-Güzdək sakinləri sevinmişlər. "Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2013-cü il sərəncamına əsasən Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisinə başlanmışdır. Hal hazıradək Hökməli dairəsindən Hərbi hissənin ərazisinə qədər 15 km yol asfaltlanmış, lakin havaların soyuması ilə əlaqədar işlər yarımçıq qalmışdır. 2015-ci ildə yolun tikintisi yüksək səviyyədə başa çatacaqdır.
2014-cü il ərzində qəsəbəmizdə nümayəndəliyin, bələdiyyənin və əhalinin gücündən istifadə etməklə bir çox işlər görülmüşdür. Aparılan abadlıq, quruculuq tədbirləri son 9 il ərzində rayon rəhbərliyinin tələbkarlığı nəticəsində daha da geniş vüsət almışdır. Respublikamızda, o çümlədən rayonumuzda bütün sahələrdə sürətlə aparılan yenidənqurma, tikinti, abadlq işləri Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyini, qəsəbə bələdiyyəsini və qəsəbə ictimaiyyətini bu təşəbbüsə qoşulmağa həvəsləndirmişdir.
Qəsəbə nümayəndəliyinin təşəbbüsü ilə yaxınlıqdakı "N” saylı hərbi hissənin komandamlığı ilə rayon mədəniyyət evinin rəhbərliyi arasında əlaqə yaradılmış, respublikada keçirilən bayramlarda və yeni il şənliklərində əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmək üçün hərbi hissəyə nümayəndə göndərilmişdir.
Əhalinin iş yerləri ilə təmin edilməsi ilə əlaqədar nümayəndəliklə N saylı hərbi hissənin komandanlığı arasında dəfələrlə görüşlər keçirilmiş və 80 nəfərdən artıq əhali hərbi hissədə işlə təmin olunmuşdur. Hal hazırda da bu işlər davam etdirilir.
Qəsəbədə 2014-cü il ərzində xeyli işlər görülmüşdür.
Belə ki, qış mövsümü olduğu üçün qəsəbəyə gələn Qobu-Güzdək və Puta-Güzdək yolu qar örtüyündən təmizlənmişdir. Bunun üçün yollara 1 ədəd traktor salınmışdır. Qış mövsümündə yolların buz bağlamaması üçün 57 kisə duz və 1 maşın qum alınaraq yollara səpilmişdir.
Qəsəbə daxili küçələrin təmirinə 11000 kubmetr daş tozu qarışığı, 17500 kubmetr karbonat, 14500 kubmetr qraviy işlənmişdir.
Qəsəbədəki taransformatorlar nəzarətdən keçirilib və hamısına yağ əlavə olunmuşdur. 6 kvt-luq hava xəttində 3 ədəd elektrik dayağının travesləri yenisi ilə əvəz olunmuşdur. 0.4 kvt-luq xəttdə sıradan çıxmış 52 metr "SİB” kabel dəyişdirilmişdir. 3 evə elektrik sayğacı quraşdırılmışdır.
Güzdək bələdiyyəsi tərəfindən qəsəbə tam orta məktəbi və 12 saylı uşaq bağçası üçün qış mövsümündə istilik sisteminin normal işləməsi ilə əlaqədar 2,15 ton dizel yanacağı alınmışdır. 12 elektrik dirəyi və 1200 metr naqil yenisi ilə əvəz olunmuşdur.
"AzərSu” ASC-nin sifarişi ilə Oğuz-Qəbələ-Bakı mağistral su xəttindən Güzdək qəsəbəsinə su xəttinin çəkilişi davam edir. Su xəttinin çəkilişi Tahir Qorçiyevin (tel-050-425-66-88) rəhbərlik etdiyi "Sənaye Tikinti M” MMC tikinti təşkilatı tərəfindən həyata keçirilir. Birinci rübdə 55 evə yan çıxış verilərək su sayğacı qoyulmuşdur. Qəsəbədə ümumilikdə su ilə təmin olunan abonentlərin sayi 250-yə çatmışdır.
Abşeron rayon İH-nin təşəbbüsü ilə rayon Su-Kanalizasiya İstismarı İdarəsi, Güzdək qəsəbə İƏD üzrə nümayəndəliyi və bələdiyyəsi tərəfindən su ilə təmin olunmayan əhali üçün yerüstü köhnə su xəttindən suyun verilişinə başlanmışdır. Bununla da əhalinin 98 faizi su ilə təmin olunmuşdur.
İcra nümayəndəliyinin inzibati binasının həyətində yaşıllaşdırma işləri aparılaraq 75 ədəd ağac əkilmişdir.
Güzdək qəsəbə İƏD üzrə nümayəndəliyinin təşəbbüsü ilə qədim tarixi olan qəsəbə məsçidinin daxili hissəsi tam olaraq yüksək səviyyədə təmir olunmuşdur. Məsçidin sonradan əlavə olunan tikintilərinin dam örtüyü yenidən bərpa olunmuşdur. Hal-hazırda əlavə tikintilərdə təmir işləri davam edir.
Qəsəbədə təmizlik abadlıq işləri aparılmışdır. Qəsəbə icra nümayəndəliyinin inzibati binasında və həyətyanı sahəsində, qəsəbə bələdiyyəsində, orta məktəbin binasında, 12 saylı uşaq bağçasında, həkim məntəqəsində və digər inzibati binalarda təmizlik və abadlıq işləri aparılmışdır.
Qəsəbədə il ərzində bələdiyyə tərəfindən 1650 ədəd ağac əkilmiş, daxili kanalizasiya xəttinin sıradan çıxan 25 metri yenisi ilə əvəz olunmuşdur.
Novruz bayramı vaxtı 47 nəfər şəhid, əlil və imkansız ailələrə bayram sovqatı paylanmışdır. Ramazan bayramında 52 nəfərlik iftar süfrəsi açılmışdır. Qəsəbədə aptek fəaliyyətə başlamışdır.
Qəsəbəmizdə 1 orta məktəb, 1 uşaq bağçası, 1 həkim ambulatoriyası, 1 poçt, 1 ATS, 1 aptek və 25-ə qədər xırda ticarət və məişət obyekti fəaliyyət göstərir. Bundan əlavə sahibkarlıq fəaliyyəti ilə məşğul olan sənaye obyektləri, daş karxanaları və heyvandarlıqla məşğul olan 2 təsərrüfat mövcuddur
Qəsəbəmizdə 506 təsərrüfatda 2804 nəfər əhali daimi pasport qeydiyyatında olmaqla yaşayır.Məlumat üçün bildirirəm ki, onların 2128 nəfəri qəsəbədə, 495 nəfəri Güzdək qoyunçuluq sovxozuna məxsus olan inzibati cəhətdən Qaradağ rayonunun ərazisində və 181 nəfəri hərbi şəhərçikdə yerləşən 1971-ci ildə Güzdək qəsəbəsinə təhkim olunan Əliquluqışlaq qəsəbəsində və 181 nəfəri hərbi şəhərçikdə yaşayırlar.
Ərazidə dini durum normaldır. Məsçiddə qanuna zidd dini təriqətlər fəaliyyət göstərmir.
Qəsəbəmizdə ağsaqqallar şurası fəaliyyət göstərir. Ağsaqqallarla gənclərin qarşılıqlı və səmərəli münasibətlərinin nəticəsidir ki, qəsəbədə kriminal xarakterli hadisələr baş verməmişdir. Qəsəbədə YAP-ın ilk təşkilatı 1996-cı ildə yaradılmışdır. YAP üzvləri ictimai işlərdə, rayon səviyyəsində keçirilən siyasi kompaniyalarda fəal iştirak edirlər
Yığıncaqda çıxış edən Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini Sərviz Süleymanov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Abşeron Rayonuna göstərilən diqqət və qayğıdan, gələcəkdə qəsəbə sakinləri şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilməsi nəzərdə tutulan işlərdən danışmışdır.
Baş redaktor: Şamo Əliyev