RİH başçısının Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Siyavuş Rəcəbəliyev hesabat məruzəsi ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq rayonumuzda və inzibati ərazi dairəsində görülən işlərdən danışmışdır. Natiq vurğulamışdır ki, Ümumilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni tarixi şəraitə müvafiq olaraq uğurla davam etdirilməsi Azərbaycanı dünyanın qabaqcıl ölkələri sırasına çıxarmış,bölgədə lider dövlətə çevrilmişdir.
Cəsarətlə deyə bilərik ki, möhtərəm prezidentimizin Azərbaycanın inkişafına və qüdrətlənməsinə, beynəlxalq aləmdə mövqeylərinin möhkəmlənməsinə, rifahının yüksəlməsinə xidmət edən siyasəti xalqımız o cümlədən qəsəbəmizin sakinləri tərəfindən bütünlüklə bəyənilir və yekdilliklə müdafiə olunur.
Biz abşeronlular cənab İlham Əliyevin rayonumuza diqqət və qayğısını həmişə hiss etmişik.
2014-cü ildə rayonumuzun mərkəzi Xırdalan şəhərində açılmış , Heydər Əliyev parkının, Heydər Əliyev adına mərkəzin, Musiqi və Şahmat məktəbinin
açılışında möhtərəm prezidentimiz İlham Əliyev cənablarının iştirakı rayon ictimaiyyətinin yaddaşından silinməyəcəkdir.
Qobu qəsəbəsində 3027 təsərrüfat var, 15411 nəfər əhali yaşayır. Onlar əsasən maldarlıqla məşğul olur. Əhalinin bir qismi qəsəbənin, rayonun, Qaradağ rayonunun idarə və müəssisələrində çalışırlar. Əvvəlki illərdə olduğu kimi hesabat ilində də 140 yeni iş yeri açılmış, sakinlərin maddi rifah halı yaxşılaşmışdır.
Qəsəbədə sosial–iqtisadi inkişaf vəzifələrinin uğurlu həllinin xidmətlərin yaxşılaşdırılmasının, əhalinin problemlərinin öyrənilməsinin və aradan qaldırılmasının təmin edilməsi bələdiyyə ilə birlikdə icra nümayəndəliyinin fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir.
Rayon rəhbərliyinin fəal dəstəyi ilə il ərzində qəsəbədə bir çox quruculuq və abadlıq işləri görülmüş, 1 və 2 saylı orta məktəb binaları cari təmir olunmuşdur. Müasir tələblərə cavab verən 1-2-3 saylı orta məktəblərin və 11- 16 saylı uşaq bağçalarının istilik sistemləri təmir edilmiş, siniflər qızdırılır.
Qəsəbədə tikilmiş müasir mədəniyyət evi, musiqi məkəbi və kitabxana kompleksinin binası 2013-cü ilin dekabr ayında istifadəyə verilmişdir.
Bütün bunlar qəsəbədə təlim–tərbiyənin, təhsilin, mədəni istirahətin normal həyat keçrilməsinə əlverişli şərait yaradacaqdır.
Gənclərin asudə vaxtlarının səmərəli keçməsi onların pis vərdişlərə qurşanmaması , vətənpərvərlik ruhunda tərbiyə alması üçün Qobu-Lökbatan yolunun sağ tərəfindən idman kompleksi və futbol meydançası yaratmaq üçün 3.0 hektar torpaq sahəsi ayrılmışdır .
Represiya dövrü qurbanları və 1941-1945- ci illərin Böyük Vətən müharibələrində həlak olmuş qəsəbə sakinləri , Qarabağ müharibəsi şəhidləri üçün tikilmiş muzeyin hazırda son tamamlama işləri aparılır.
İmam Hüseyn məscidində tərtibat işləri davam edir.
Qəsəbə qəbristanlığının ətrafında 3800 metr hasar çəkilmiş, əraziyə mal qaranın girməsinin qarşısı alınmışdır.
Amil Qəribov və Natəvan küçələrinə isə 3500 kubmetr şeben tökülüb yayılmış, asfaltlaşdırılma işləri aparılmışdır.
Qəsəbədaxili yollara çınqıl tökməklə asfalt örtüyünün salınması və digər işlər məhz 2014-cü il ərzində görülmüşdür.
23 sayllı transfarmator məntəqəsində yanıb təmirə getmıiş 400 kv-liq transfarmatorun əvəzinə 1 ədəd 400 kv-liq transfarmator quraşdırılib. 550 kq transfarmator yağı əlavə edilib. 189 N-li transfarmator məntəqəsində yeni 0.4 kv sib kabel çəkilib, 70 m sib 4x25 işlədilib.
10 kv Qobu quşçuluq hava xəttində istismara yararsiz naqil dəyişdirilib, 250 m AF-60 markalı naqil 9 ədəd izolyator işlədilib . 44 saylı transfarmator məntəqəsində yanıb təmirə getmiş ,400-kv-lıq transfarmatorun əvəzinə 1 ədəd 250 kv-liq transfarmator qurasdırılib, 360 kq transfarmator yağı əlavə edilib .
10 kv Qobu- Quşçuluq hava xəttində 1 ədəd 630 AKRM quraşdirilib.
Əhalinin Elektrik energisi ilə təmin etmək üçün 780 ədəd Dəmir beton dayaq ,7852 m AS-50 , 4250 m AS-40 ,2400 ədəd izolyator .1020 metr
kokoksal kabel, 195 m. kabel AVVQ, 29570 m sib kabel işlədilib, 2 ədəd 400 kv 10/0.4 kv-liq transfarmator quraşdırılıb.
Qəsəbənin Telman Sahibcanov küçəsi başdan başa işıqlandırılmışdır Keçirilmiş tenderdə qalib gəlmiş " VAST MMC " tərəfindən 2012- ci ildə inşasına başlanmış 2500 ton su tutumu olan 2 ədəd anbarın 1 ədədinin tikintisi 2013-cü ilin I rübündə başa çatmışdır. Lakin II su anbarının tikintisi işləri davam etdirilir.
Qəsəbəyə gələn 120 diametrli 120 metr uzunluqda su borusu təmir edilmişdir. 11 ədəd 120 diametrli su ayırıcısı dəyişdirilmişdir.
71 nəfər vətəndaşın, 1 km uzunluqda su borularının nasazlığı barədə müraciətinə yerində baxılmış,nasazlıq aradan qaldırılmışdır.
Qaz xətlərinin qəsəbədaxil sıradan çıxmış 0.5 km- uzunluqda boruları təmir edilmiş 2014-cü il ərzində 185 ədəd sayğac quraşdırılmışdır.
Qəsəbədə 6 km uzunluqda açıq kanalizasiya xətləri tərəfimizdən təmizlədilmiş, çıxarılan tullantılar, yük maşınlarına yığılaraq " Tülkü dərəsi adlanan zibillikdə məhv edilir.
Nümayəndəlik və bələdiyyənin birgə səyi nəticəsində magistral yolların 4500 kv-metr sahəsinə 500 kub m. seben və kərpic qırıqları tökülərək yaydırılılmışdır.
Yeni məhəllələrə 1800 kub metr şeben tökülüb yaydırılmışdır.
Qəsəbənin Aşur Həsənbalayev küçəsinə şeben tökülüb yaydırılmış, asfaltlaşdırılmışdır .
Qəsəbədə yerləşən " İmam Hüseyn " məscidinin yardımçı binasının dam örtüyü əsaslı təmir edilmişdir.
Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün stadionun tikintisinə başlanılmışdır.
Qobu- Lökbatan yolu və Z.Bünyadov küçəsində əlavə olaraq iki ədəd dayanacaq tikilmişdir.
Qobu - Lökbatan yolu qəsəbənin balansında olan hissəsi başdan-başa asfaltlaşdırılmışdır. 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə qəsəbə
"Sənətkarlıq” evində tədbir keçirilmış, 35 nəfər qadın hədiyyə və fəxrı fərmanla mükafatlandırılmışdır.
Novruz Bayramı münasibəti ilə qəsəbədə böyük şənlik keçirilmiş,150 nəfər imkansız ailəyə novruz payı paylanmışdır.
Qəsəbədə aparılan abadlıq və quruculuq işləri müntəzəm olaraq mətbuatla aparılan əlaqədə öz əksini tapmış,”Qobu " və digər qəzetlərdə məqalələr
verilmişdir.
2014-cü il ərzində Ağamalıoğlu və Məmmədyarov küçələrində 300 ədəd şam, 400 ədəd zeytun, 450 ədəd müxtəif növ meyvə ağacları
əkilmişdir.
Qəsəbənin Səməd Vurğun küçəsində hasarlar ağardılmış, səliqə- sahman işləri aparılmışdır.
Nümayəndəlik və bələdiyyə bundan sonra da öz işini günün tələbləri səviyyəsində qurmağa , qəsəbənin daha da abadlaşmasına çalışacaqdır.
Nümayəndəlik qəsəbə ərazisində təhsil, səhiyyə və mədəniyyət işlərinin təşkili ilə əlaqədar qanuna müvafiq olaraq öz üzərinə düşən vəzifələri də daim diqqət mərkəzində saxlamışdır.
Təhsil sahəsində qeyd etmək olar ki, 2013-2014- cü ilin yekunlarına görə 1, 2 və 3 saylı orta məktəbləri bitirən 52 -nəfər məzunlardan 30 nəfər
ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur.
2014-2015-cü tədris ilində 1-ci siniflərə 299 uşaq qəbul olunmuşdur. Məktəb kollektivi və valideynlərlə əlaqənin nəticəsidir ki, dərsdən və məktəbdən yayınan şagird olmamışdır.
Səhiyyə sahəsində - qəsəbədə bir xəstəxana əhaliyə xidmət edir. Xəstəxanada çalişan işçilərdən 12 nəfər ali, 27 nəfər isə orta tibb
ixtisaslıdırlar. Xəstəxananın kommunal xidməti qənaətbəxşdir.İşıq ,su və qızdırıcı sistemlə təchiz olunmuşdur. Əhaliyə 1 təcili tibbi yardım maşını
xidmət edir. Ərzaq və dərman təminatı ılə əlaqədar nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.
Qəsəbədə 2 şadlıq evi , 120 -ə yaxın ticarət və məişət xidməti obyektləri əhaliyə xidmət edir.
Sahə müvvəkili ilə birlikdə aparılan işlərin nəticəsidir ki, hüquq qaydalarının pozulması və cinayət hadisəsi qeydə alınmamışdır.
Qeyd etməliyəm ki, rayonumuzda həmçinin qəsəbəmizdə həyata keçirilən quruculuq və abadlıq işləri, əhalinin rifahının yaxşılaşdırılması , sosial problemlərin uğurlu həlli , hər şeydən əvvəl möhtərəm prezidentimizin son 9 ildə rayonumuzda dəfələrlə olması, abşeronlulara böyük diqqət və qayğısının və rayon rəhbərliyinin məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Noyabr ayının 15-dən başlayan ağac əkmə kampaniyasında qəsəbənin idarə , müəssisə və təşkilatlarının inzibati ərazilərində , yol kənarlarında , məktəblərin yuxarı sinif şagirdlərinin və sakinlərin gücündən istifadə etməklə 1223 ədəddən çox meyvə və digər ağaclar əkilmiş , onların suvarılması təmin edilmişdir.Rayon rəhbərinin tapşırığını əldə rəhbər
tutaraq bu prosesi cari ilin aprel ayınadək davam etdirmək nəzərdə tutulmuşdur.
2014-cu ildə qəsəbəmizdə görülmüş böyük işlərə görə Rayon İcra Hakimiyyəti Başçısı cənab Zakir Fərəcova, Qobu qəsəbə xeyriyyəçilərinə qəsəbə bələdiyyəsinə təşəkkürümüzü bildiririk.
İcazə verin Sizi nümayəndəlik adından əmin edim ki, bundan sonrada üzərimizə düşən bütün işlərin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.