Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Prezident İlham Əliyev: “Biz tarixi həqiqətləri bilməliyik”

Tarix:15-04-2021, 19:43

Prezident İlham Əliyev: “Biz tarixi həqiqətləri bilməliyik”

Bakı şəhərində yaradılan Hərbi Qənimətlər Parkının tarixi əhəmiyyəti çox böyükdür. Bu, xalqımızın döyüş meydanında döyüşərək qalib gəlməsini və iuşalda olan ərazilərimizin azad edilməsini özündə təcəssüm etdirən kompleksdir. Tarix durduqca həmin parka gələn ziyarətçilər igidlərimizin hansı şücaətlə düşmənə qalib gəldiyini bir daha öz gözləri ilə görəcəklər. Vətənimizin bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın ailə üzvləri də bu parkda mənəvi rahatlıq tapacaqlar. Prezident İlham Əliyevin aprelin 12-də Hərbi Qənimətlər Parkının açılışında etdiyi çıxışı zamanı bu mövzuya da toxunub. Dövlətimizin başçısı bildirib ki, həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında alındı, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamı savaşla alındı. Döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik.

Azərbaycan ordusunu öz gücünbü təkcə Erməınistana deyil, eyni zaqmanda onları müdafiə edən cevrələrə də göstərdi. Xalqımızın öz ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına heç bir halda imkan verməyəcəyini isbatlamış olduq. 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Bu müharibə müddətində Azərbaycan əsgəri bir dəfə də olsun geriya addım atmadı. Düşmən igidlərimizin şücaəti qarşısında elə sarsıldı ki, 44 gün ərzində bir dəfə də olsun uğurlu əməliyyat həyata keçirə bilmədi.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkının yaradılmasına bu ilin yanvar ayından başlanılıb və və 5 hektar ərazini əhatə edir. Xətai rayonunda yerləşən Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Birinci Qarabağ müharibəsi zamanı ermənilər ələ keçirdikləri mülkü Azərbaycanlıların avtomobillərinin nömrələrini divara vuraraq bir növ bizə göz dağı verirdilər. Azərbaycanın igid oğulları isə bu acı “xatirənin” üzərindən birdəfəlik xətt çəkərək öz səlnamələrini yaratdılar. Bu gün Hərbi Qənimətlər Parkında erməni zirehli texnikalarının, Ermənistan ordusuna məxsus avtomobillərinin nömrələrindən ibarət guşəni görəndə xüsusi bir fərəh hissi yaşayırsan. Əgər ermənilər mülki maşınların nömrələrindən guşə yaratmışdısa bizim igid oğullarımız hərbi maşınların nömrəlkərini nümayiş etdirməyə nail oldular. Bu güşədə “Qabağ Azərbaycandır!” şüarının isə xüsusi bir əhəmiyyəti vardır. Bütün bu kimi nüanslar insana məğrurla addımlamağa, başını dik tutmağa sövq edir. Bir daha öz dövlətinlə və neçə-neçə qəhrəman Azərbaycan oğullarınla qürrələnirsən.
Azərbaycan illərlə ordunun müasirləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ciddi tədbirlər görüb. Onun nəıticəsidir ki, II Qarabağ müharibəsində düşmənə göz açmağa imkan vermədik. Prezident İlham Əliyev öz nitqində bu məsələyə də toxunaraq bildirib ki, 17 il ərzində əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Nəticədə Ordumuzun döyüş qabiliyyətinin yüksəldiyini, müasir silah-sursat, texnika ilə təchiz edildiyini vurğulayan dövlətimizin başçısının sözlərinə görə, vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılıb. “Bunun üçün gərək sənin tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun. Çünki silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll etmir. Siyasi məsələlər hər şeyi həll edir. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi” – deyə Prezident İlham Əliyev bildirib.
Yeri gəlmişkən qeyd olunmalıdır ki, hər bir ölkə müharibə aparmaq üçün bir sıra tədbirləri qabaqcadan həyata keçirməlidir. Bura ölkə daxili siyasi sabitlikdən tutmuş xarici siyasətə, tərəftaş ölkələrlə qurulan əlaqələr, eləcə də beynəlxalq müstəvidə haqlı olduğunu ehtiva edən sənədlərin qəbulubna qədər böyük bir yol keçilməlidir. Bu baxımdan rəsmi Bakının da müharibəyə qədər böyük işlər gördüyünü deyə bilərik. Ölkəmizdə siyasi sabitlik, vətəndaş birliyi təmin edilib. Xalqın dəstəyi ilə inamlı islahatlar aparılıb. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edilib. Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza fortmalaşdırılıb.
Bütün bunlarla yanaşı müharibədə qalib gəlmək üçün güclü iqsadiyyata malik olmalısan. Ona görə də qətiyyətlə deyə bilərik ki, Azərbaycanın iqtisadi qüdrəti qələbə üçün zəmin yaratdı. Pprezident İlham Əliyevin təbirincə desək, əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Azərbaycan enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi.
Bu gün Azərbaycan kimsənin diqtəsi ilə deyil, müstəqil, azad siyasət yürüdür. Ona görə də tarix olduğu kimi təqdim olunur. Çünki uzun müddət, eləcə də sovet dövründə bizi həqiqətlərimizdən uzaq tutublar. Ona görə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri də hamı bilməlidir. Otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı. Çünki bizim problemlərimiz ondan daha əvvəl başlamışdı. Çıxışı zamanı bu məsələyə də toxunan dövlətimizin başçısı bildirib ki, 1987-ci ildə Ulu Öndərin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər. Ulu Öndərin istefasından iki həftə keçməmiş bir erməni millətçisi - Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir.
Heydər Əliyevin dövründə ermənilər heç vaxt bu cür təxribat və cinayətlərə cürət edə bilmirdi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, 1970-1980-ci illərdə Azərbaycana rəhbərliyi dövründə bütün separatçı meyillərin qarşısı elə yerindəcə alınırdı. Sovet vətəndaşı, özünü akademik sayan Fransada bu açıqlamanı verir və artıq bu mövzu ortalığa atılır. Faktiki olaraq Dağlıq Qarabağı Azərbaycandan ayırmışdılar. Xüsusi idarəetmə komitəsi yaradılmışdı. Moskvadan bir adam göndərilmişdi. O da sırf ermənipərəst bir adam idi. Faktiki olaraq bizim problemlərimiz o vaxtdan başlamışdır. O vaxt Azərbaycana qarşı çirkin informasiya kampaniyası aparılırdı.
Daha sonra Prezident İlham Əliyev diqqəti müstəqilliyin ilk illərində baş vermiş cinayətlərə çəkib. Bu cinayətlərin unudulmamasının vacibliyini qeyd edən dövlətimizin başçısı əlavə edib ki, müstəqillikdən dörd ay sonra Xocalı soyqırımı törədildi. Bununla da Ermənistan və Sovet İttifaqının 366-cı alayı hərbi cinayət törətdi, vəhşilik törətdi. Dinc insanları qətlə yetirdi. Onların arasında uşaqlar, qocalar, qadınlar vardı. Xocalı soyqırımı bu gün dünya tərəfindən tanınır. Ondan çox ölkə bu soyqırımını rəsmən tanıyıbdır. “Müstəqilliyin ilk illərində faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir. Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində ölkədə xəyanət siyasətinə son qoyuldu. 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verəndən sonra AXC-Müsavat cütlüyü təşvişə və depressiyaya düşdü. Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Ulu Öndərə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü. Amma görün, bir il ərzində nə qədər böyük ziyan vurdular – torpaqlarımız əldən getdi, ordunu məhv etdilər, vətəndaş müharibəsinə start verdilər, qardaş qanını tökdülər” – deyə dövlətimizin başçısı bildirib.
Prezident İlham Əliyev Azərbaycanın taarixi torpaqlarında erməni dövlətinin yaradılmasından da danışılb. Dövlətimizin başçısı qeyd edib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi. “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq biz tarixi həqiqətləri bilməliyik. 1918-1920-ci illərdəki müstəqilliyimiz yarımçıq idi. İrəvanı verdik Ermənistana. Azərbaycan Xalq Cümhuriyyəti tam hakimiyyəti təmin edə bilmirdi. İngilis generallar burada meydan sulayırdılar. Hətta bizim bayrağımızı təsdiq etmək üçün ingilis generalı gərək əmr verəydi. Hər şey necə olub, elə də deməliyik. Saxta tarix uydurmamalıyıq. Həm sovet dövründə, həm də müstəqilliyin ilk illərində bizim üçün o qədər saxta tarix uydurmuşlar. Biz elə saxta tarixin girovuna çevrilmişik” – deyə dövlətimizin başçısı nitqinə əlavə edib.

Seymur Qasımbəyli

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var