Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt şəkildə xəbərdarlıq edib

Tarix:27-04-2021, 15:45
Baxış Sayı:63

Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt şəkildə xəbərdarlıq edib

Bu gün müzəffər Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Eyni zamanda, sərhədçilərimiz hazırda işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyur. Bu sərhəd də bərpa edilib və sərhədboyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı Azərbaycan-İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışından sonra sərhədçilərlə görüşündə bildirib.
Azərbaycan-Ermənistan sərhədinin 500 kilometrə yaxın uzunluğu olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Bu sərhəd 30 ilə yaxın müddət ərzində işğalçı qüvvələrin əlində idi. Biz Vətən müharibəsində Qələbə qazanaraq bu sərhədi də tam bərpa etdik, Zəngilan və Qubadlı rayonlarını, Laçın rayonunun bir hissəsini döyüşərək azad etdik. Laçın rayonunun böyük hissəsini və Kəlbəcər rayonunu düşmən artıq məcbur olub kapitulyasiya aktını imzalayaraq bizə qaytarıb. Hazırda o ərazilərdə lazımi işlər aparılır”.
Ermənistanda baş qaldıran revanşist qüvvələrin yenə də Azərbaycana qarşı ərazi iddiası irəli sürdüyünü bildirən Prezident onlara sərt şəkildə xəbərdarlıq edib: “Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində Zəfər çaldılar. Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm. Təsadüfi deyil ki, bir çox hərbçilər dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişlər”.

İradə Gülməmmədova bayram ərəfəsində şəhid Səbuhi Məcidovun ailəsinə baş çəkdi

Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçiriləcək

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci illiyi münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kompaniyası keçirilib

Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirildi

Abşeronda 5 May “Xalçaçı Günü” qeyd olundu

“Qarabağ inciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Şuşaya yeni magistral su kəməri çəkiləcək

Xalq şairi Fikrət Qoca vəfat edib
Xalq şairi Fikrət Qoca vəfat edib
Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları ilə sərnişin daşımaları bərpa edilir.

Şəhid Fərid Məmmədovun doğum günü ərəfəsində baralyefinin açılışı olub

Azərbaycan regionun inkişaf açarıdır
Azərbaycan regionun inkişaf açarıdır
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi

Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi

Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun qovşaqlarının mərkəzinə çevirəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar
Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt şəkildə xəbərdarlıq edib
Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt şəkildə xəbərdarlıq edib
Ermənilər tarix boyu törətdikləri cinayətlərə və Xocalı soyqırımına görə cavab verməlidirlər

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir