Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun qovşaqlarının mərkəzinə çevirəcək

Tarix:27-04-2021, 15:51

Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun qovşaqlarının mərkəzinə çevirəcək

Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun qovşaqlarının mərkəzinə çevirəcək

İkinci Qarabağ müharibəsinin sonuncu olaraq imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatının 9-cu bəndində deyilir ki, Azərbaycanın qərb bölgələri və Naxçıvan arasında nəqliyyat kommunikasiya xəttlərinin bərpasına təminat verməlidir. Bəyanatın şərtinə əsasən Zəngəzur dəhlizi bərpa olunmalıdır. Azərbaycan Zəngəzura diplomatik yolla qayıdıb. 10 noyabr bəyanatı bu dəhlizin açılmasına hüquqi imkan verir. Bu ideyanın reallaşması da çox uzaqda deyil. Çünki Zəngəzur tarixən Azərbaycan torpağıdır və gec ya tez azərbaycanlılar o torpağa qayıdacaqdır.

Son vaxtlar üçtərəfli bəyanatın yerinə yetirilməsində bir qədər durğunluq yaranıb. Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl törətməyə çalışır. Razılıq əldə olunsa da, erməni tərəfi əməkdaşlıq etmək niyyətində deyil. Lakin Azərbaycan Zəngəzur dəhlizi məsələsində heç vaxt geriyə addım atmayacaq.

Prezident İlham Əliyev növbəti dəfə bəyanatın yerinə yetirilməsi barədə xəbərdarlıq edib. Ali baş Komandanımız deyib: “101 ildən sonra tarixi ədalət bərpa olunur”. Ölkə başçısının dediyi kimi, Zəngəzur dəhlizinin yaranması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu” – deyə dövlətimizin başçısı nitqinə əlavə edib.
44 günlük müharibədən sonra Ermənistana, onun havadarlarıNA və bütün dünyaya məlum oldu ki, Ermənilər heç vaxt Azərbaycanla hərbi rəqabət aparmaq imkanında deyil və olmayacaq. Zəngəzur dəhlizinin taleyi də elə olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin.

Cənab Prezidentimiz İlham Əliyev Zəngəzur dəhlizi məsələsinin 10 noyabr tarixli Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Üçtərəfli Bəyanata salınmasını “tarixi nailiyyət” adlandırıb.

Zəngəzur XX-ci əsrin əvvəllərində

Azərbaycandan alınaraq Ermənistana verilib. Həmin dövrdə edilən tarixi, siyasi səhvlərin hazırda iqtisadi prioritetin reallaşdırılması ilə aradan qaldırılması Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin bərpasına imkan yaratmaqla bərabər, həm də muxtar respublikanı iqtisadi blokadadan azad edir. Eyni zamanda qarşımıza yeni hədəflər qoyur.

Zəngəzur dəhlizindən Türkiyə, Qazaxstan, Özbəkistan, Azərbaycan, Türkmənistan, Qırğızıstan yararlanacaq. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizi
kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək, Naxçıvanın Azərbaycanın əsas ərazi vasitəsilə Şərq-Qərb və Şimal –Cənub nəqliyyat dəhlizinə çıxışını təmin edəcək. Azərbaycanın öz eksklavı olan Naxçıvan muxtar respublikası və Türkiyə ilə əlaqələrini gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq.

Bütün türk dünyası uzun illərdə sonra Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək.

Ümummilli Lider Heydər Əliyevin vaxtilə təməlini qoyduğu, lakin başa çatdıra bilmədiyi işləri bu gün bütün dünya siyasi arenasında böyük nüfüz sahibi olan İlham Əliyev hər bir çətinliklərə sinə gərərək həyata keçirməkdədir.

Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən türk dünyası ilə əlaqələrin inkişafı üçün mühüm addımlar atdı. Onun türk dünyası ilə bağlı irəli sürdüyü ideyalar böyük tarixi əhəmiyyətə malikdir.

İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının 2-ci görüşünün iştirakçılarına 5 iyul 1993-cü il tarixli müraciətində demişdi: “İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrin – Türkiyənin, İranın, Pakistanın, Əfqanistanın, Qazaxstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın, Tacikistanın və Azərbaycanın istifadə edilməmiş zəngin təbii sərvətləri, material ehtiyatları var. Onlardan birgə istifadə olunması əsl müsəlman intibahına çevriləcək, bütün bəşəriyyətin inkişafına töhfə verəcəkdir”.

Prezident İlham Əliyev Ümummilli liderin daha bir ideyasını reallaşdırmaqdadır. Heydər Əliyev Zəngəzurla bağlı maraqlı faktlar açıqlamışdı. O, 2002-ci ilin iyul ayının 22-də Mətbuat Klubunda demişdi ki, 1920-ci ildə bu sərhədləri quranda Azərbaycanın Moskvada heç kimi olmayıb. İqtidar ermənilərin əlində olub. Azərbaycan torpağı olan Zəngəzuru, xüsusən onun Mehri hissəsini kəsib Ermənistana veriblər ki, Ermənistanın İranla sərhəddi olsun. Bu tamamilə süni bir şeydi.

Biz Ali Baş Komandanımıza inanırıq və hər bir azərbaycanlı hər an onun arxasınca getməyə hazırdır. Prezidentimizin yolu haqq-ədalət yolu, zəfər yoludur. Bütün xalqımız bu yolda Ali Baş Komandanımızladır.

Şəhla Ağbulud

Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın
Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın
Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Dəmir yumruq öz işini gördü
Dəmir yumruq öz işini gördü
Mina xəritələrinin təhvil verilməsi üçün Ermənistana təzyiq gücləndirilməlidir
Mina xəritələrinin təhvil verilməsi üçün Ermənistana təzyiq gücləndirilməlidir
Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik
Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik
Abşeron rayonunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət davam etdirilib
Abşeron rayonunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət davam etdirilib
Abşeronda vətəndaş qəbulları keçirilib
Abşeronda vətəndaş qəbulları keçirilib
Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümünəsidir
Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümünəsidir
Azərbaycan və Qazaxıstan xalqlarını ortaq köklər birləşdirir
Azərbaycan və Qazaxıstan xalqlarını ortaq köklər birləşdirir
Abşeronda şəhid ailələri və qazilər üçün həyata keçirilən layihələr davam etdirlir
Abşeronda şəhid ailələri və qazilər üçün həyata keçirilən layihələr davam etdirlir
Abşeron rayonunda yeni yaşıllıq sahələri salınır
Abşeron rayonunda yeni yaşıllıq sahələri salınır
Abşeronda vətəndaş qəbulları keçirilib.
Abşeronda vətəndaş qəbulları keçirilib.
Abşeronda şəhidin ailəsinin istəyi ilə yaşadıqları küçə asfaltlandı
Abşeronda şəhidin ailəsinin istəyi ilə yaşadıqları küçə asfaltlandı
“Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna dövlət qayğısı...
“Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna dövlət qayğısı...
Bugün iki görkəmli şəxsiyyətin doğum günüdür
Bugün iki görkəmli şəxsiyyətin doğum günüdür
Abşeron idmançıları Konyada dörd medal qazanıblar
Abşeron idmançıları Konyada dörd medal qazanıblar
Abşeronlu şagirdlər beynəlxalq Olimpiadada 7 medal qazandılar
Abşeronlu şagirdlər beynəlxalq Olimpiadada 7 medal qazandılar
Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi dünya miqyasında Qeyri-maddi mədəni irsin qorunmasına müstəsna töhfələr verir
Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi dünya miqyasında Qeyri-maddi mədəni irsin qorunmasına müstəsna töhfələr verir
12 avqust - Beynəlxalq Gənclər Günüdür
12 avqust - Beynəlxalq Gənclər Günüdür