Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan regionun inkişaf açarıdır

Tarix:28-04-2021, 17:13

Azərbaycan regionun inkişaf açarıdır

COVİD-19 virusu dünya üzrə yayıldıqdan və pandemiya elan olunduqdan dərhal sonra Azərbaycan önləyici tədbirlər həyata keçirmişdir. Yəni rəsmi Bakı pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Bunun üçün dövlətin bütün potensialı səfərbər edilmişdir. Məhz bu tədbirlərin nəticəsidir ki, Azərbaycanda COVİD-19 virusu ilə bağlı ağır vəziyyət yaşanmır. Yəni belə demək mümkünsə, pandemiyadan az, minimal itkilərlə çıxmaq əzmindəyik. Ona görə də hökümətimiz tərəfindən bütün lazimi və zəruri addımlar atılmaqdadır. Görülən işlər isçərisində koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilməsi xüsusi qeyd edilməlidir. Çünki ölkə iqtisadiyyatının dayanıqlığını təmin etmək üçün bu kimi tədbirlərin böyük əhəmiyyəti vardır.

Eyni zamanda hazırda Azərbaycanda COVİD-19 virusuna qarşı vaksinasiya prosesi aktiv və genişmiqyaslı şəkildə həyata keçirilməkdədir. Bu işlərə yanvar ayından etibarən başlanıb və artıq 1,4 milyon vaksin istifadə olunub ki, bu da əhalinin 14 faizini təşkil edir. Yeri gəlmişkən qeyd olunmalıdır ki, dünya üzrə vaksinlər bərabər şəkildə bölünməyib. Yəni bu mövzuda böyük ədalətsizlik müşahidə olunmaqdadır. Belə ki, vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsü qlobal təhdid yaradan tendensiyadır. “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Bu o deməkdir ki, iqtisdadiyyatı zəif olan ölkələr vaksin almaqda problemlərlə üzləşəcək. Nəticədə həmin ölkələrdə yaşayan insanların COVİD-19 virusundan qorunması talehinb hökmünə buraxılacaq. Bu da sözsüz ki, ayrıseçkilikdir, insan həyatına biganəlikdir. Ona görə də Rəsmi Bakı pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsinə çalışır. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. O da vurğulanmalıdır ki, pandemiya ilə qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirir. Yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir. Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında etdiyi çıxışında bu mövzuya toxunaraq bildirib ki, Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir. Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.

Prezident İlham Əliyev sessiyada Ermənistanın işğalçılıq siyasətindən, onların Azərbaycan torpaqlarında törətdikləri ağlasığmaz vəhşiliklərdən də söz açıb. Xalqımızın tarixi ədaləti özünin bərpa etdiyini, rəsmi İrəvanın işğalına son qoyulduğunu bildirən dövlətimizin başçısı deyib ki, sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Beləliklə də Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir.

Sessiyada ikili standartlara da toxunulub. Belə ki, bəzi ölkələrə qarşı tətbiq olunan “ikili standartlar” siyasəti dünyanın dayanaqlı inkişafı üçün təhdidlər yaradır. Azərbaycan ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edir. Bu barədə danışarkən Prezident İlham Əliyev bildirib ki, Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin dəfələrlə şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. “İşğaldan azad olunmuş ərazilər erməni faşizminin şahididirlər. İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır. Məscidlər inək və donuzların saxlanılması yerlərinə çevrilmişdir” – deyə Prezident qeyd edib.
Rəsmi Bakının həyata kçirdiyi beynəlxalq layihələr bütün region üçün faydalıdır. Bu baxımdan deyə bilərik ki, Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır. Yeri gəlmişkən qeyd olunmalıdır ki, ölkəmiz tərəfindən müəyyən olunmuş milli prioritetlər ölkənin dayanaqlı inkişafını təmin edəcəkdir. Növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı müəyyən olunmuş milli prioritetlərə rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” da daxildir. “Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək” – deyə Prezident İlkham Əliyev nitqinə əlavə edib.

Göründüyü kimi Azərbaycan regionun inkişaf açarıdır. Yəni bölgənin dayanıqlı inkişaf yolu Azərbaycandan keçir.

Şəhla Ağbulud

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident