Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Şuşaya yeni magistral su kəməri çəkiləcək

Tarix:5-05-2021, 11:07
Baxış Sayı:115

Şuşaya yeni magistral su kəməri çəkiləcək

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının təmin olunması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təxirəsalınmaz tədbirlərin icrasına başlanılıb. Bu tədbirlər mövcud su təchizatı sistemlərinin stabil fəaliyyətinin təmin edilməsi və digər həyati əhəmiyyətli infrastruktur layihələrinin icrası çərçivəsində həyata keçirilir.
ASC-dən bildirilib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün Təxirəsalınmaz Tədbirlər Proqramı hazırlanıb və icrasına başlanılıb. Tədbirlər Planına əsasən, Şuşa şəhərini içməli su ilə təmin edən Kiçik Kirs və Zarıslı suqəbuledici qurğularında yenidənqurma işləri aparılacaq. Kiçik Kirs mənbəyindən Şuşaya yeni magistral su kəməri çəkiləcək, şəhər ərazisində 6 km paylayıcı su xətti, hər birinin tutumu 500 kubmetr olan 3 ədəd su anbarı inşa olunacaq.
Bu tədbirlər çərçivəsində ilkin olaraq tikintisi davam edən Füzuli-Şuşa avtomagistralının, eləcə də elektrik stansiyasının ərazisindən keçən və uzun illərdir istismar olunan magistral kəmərin yenilənməsi işlərinə başlanılıb. Bu məqsədlə Şuşa şəhərinin yaxınlığındakı suqəbuledici kameradan şəhərdəki anbara qədər polad borularla 1,8 kilometr uzunluğunda yeni magistral su kəməri çəkilir.
Kəmərin inşasında istifadə olunacaq maşın-mexanizmlərin, polad boruların və digər mal-materialların Şuşa şəhərinə daşınması təmin edilib. Hazırda tikinti-quraşdırma işləri Laçın-Şuşa avtomagistralının trassası boyunca davam etdirilir.
Magistral su kəmərinin inşası zamanı texniki tələblərə uyğun olaraq hər bir qaynaq tikişi xüsusi avadanlıqlarla yoxlanılır, müvafiq rəy verildikdən sonra həmin hissələr həm daxildən, həm də xaricdən izolyasiya olunur. Suyun keyfiyyətini sabit saxlamaq üçün borular daxildən xüsusi boyalarla izolyasiya edilir. Yeni magistral su kəmərinin Şuşa şəhərinə çəkilən magistral avtomobil yolunun trassası ilə kəsişmə hissəsinin inşası qısa müddətdə başa çatdırılacaq.
Yeni layihədə Şuşa şəhərini içməli su ilə təmin edən magistral kəmərlər əlaqələndirilməklə su təminatının bir qovşaqdan idarə olunması nəzərdə tutulur. Belə ki, hazırda Kiçik Kirs mənbəyindən nəql olunan su şəhərdəki anbar kompleksinə suqəbuledici kameradan, Zarıslı mənbəyindən isə birbaşa ötürülür. Yeni layihənin icrası hər iki kəmərin suqəbuledici kamera ilə əlaqələndirilməsinə və suyun buradan şəhərə bir kəmərlə nəqlinə imkan yaradacaq.
Qeyd edək ki, yeni magistralın inşası ilə yanaşı şəhərdaxili şəbəkədə də tənzimləmə işləri aparılır və baş verə biləcək qəzaların aradan qaldırılması üçün “Azərsu” ASC tərəfindən şəhərdə fasiləsiz xidmət təşkil edilib.
Şuşa şəhərinin yeni Baş Planına uyğun olaraq şəhərin içməli su və tullantı su şəbəkələri yenidən qurulacaq, içməli və tullantı sutəmizləyici qurğular inşa ediləcək.

ERMƏNİLƏR O TORPAQLARIN SAHİBİ OLMADIQLARINI ÖZLƏRİ BÜTÜN DÜNYAYA SÜBUT ETDİLƏR
ERMƏNİLƏR O TORPAQLARIN SAHİBİ OLMADIQLARINI ÖZLƏRİ BÜTÜN DÜNYAYA SÜBUT ETDİLƏR
Abşeron rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub
Abşeron rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub
Masazırda şəhidlərin xatirəsinə bulaq istifadəyə verildi
Masazırda şəhidlərin xatirəsinə bulaq istifadəyə verildi
15 İYUNDA ŞUŞADA DAHA BİR TARİX YAZILDI
15  İYUNDA ŞUŞADA DAHA BİR TARİX YAZILDI
Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı təqdim olunub
Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı təqdim olunub
Azərbaycan və Türkiyə prezidentləri Şuşada “Xan qızı” bulağında olublar
Azərbaycan və Türkiyə prezidentləri Şuşada “Xan qızı” bulağında olublar
“Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya
“Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi
MİLLİ QURTULUŞ İDEOLOGİYASININ TƏNTƏNƏSİ
MİLLİ QURTULUŞ İDEOLOGİYASININ TƏNTƏNƏSİ
Abşeronda "Son zəng" qeyd olundu
Abşeronda
İki ölkəni birləşdirən dəyər - DOSTLUQ VƏ QARDAŞLIQ...
İki ölkəni birləşdirən dəyər - DOSTLUQ VƏ QARDAŞLIQ...
Azərbaycan iqtisadiyyatının yeni prioritetləri: – Gələcəyə açılan pəncərə
Azərbaycan iqtisadiyyatının yeni prioritetləri: – Gələcəyə açılan pəncərə
AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ NÜMUNƏVİ ÖLKƏ ADLANDIRILIB
AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ NÜMUNƏVİ ÖLKƏ ADLANDIRILIB
Daha bir şəhid övladı sevindi - Aberonda
Daha bir şəhid övladı sevindi - Aberonda
İradə Gülməmmədova şəhid övladları ilə görüşdü
İradə Gülməmmədova şəhid övladları ilə görüşdü
Abşeron rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” qeyd edilib
Abşeron rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” qeyd edilib
Azad edilmiş bölgələrdə peşə məktəbləri inkişaf etdiriləcək
Azad edilmiş bölgələrdə peşə məktəbləri inkişaf etdiriləcək
Prezident İlham Əliyev müharibənin bəzi əməliyyat planlarını açıqladı
Prezident İlham Əliyev müharibənin bəzi əməliyyat planlarını açıqladı
Ağdam ağ günlərə doğru...
Ağdam ağ günlərə doğru...