Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ağdam ağ günlərə doğru...

Tarix:30-05-2021, 14:43

Ağdam ağ günlərə doğru...

İşğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq işlərinə başlanılır. Xüsusi ilə qeyd edilməlidir ki, bərpa-quruculuq işləri vahid plan – Baş Planlar üzrə həyata keçiriləcək. Mütəxəssislər tərəfindən rayonların, rfayon mərkəzlərinin, şəhərlərin baş planları hazırlanır və onun tətbinə başlanılır. Yeri gəlmişkən xüsusi şəkildə qeyd etməliyik ki, mütəxəssislər tərəfindən hazırlanan baş planlaar ictimaiyyətin geniş müzakirəsinə təqdim olunur. İctamaiyyət nümayəndələrinin təklifləri və əlavələri nəzıərə alınır. Biz bu cür müzakirələri Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixində
Ağdam şəhərinə etdiyi səfəri zamanı bir daha müşahidə etdik. Dövlət başçısı Ağdamdan olan ölkənin tanınmış şəxslərinin iştirakı ilə Ağdamın baş planına baxış keçirdi, onlarla birgə müzakirələr apararaq öz təkliflərini verdi.

Baxış zamanı qeyd edildi ki, baş plan əsasında işğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaq. Ağdam şəhərinin Baş Planı təsdiq ediləcək və onun əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır. Ağdam rayonunun tanınmış şəxslərinin təklifləri mütləq nəzərə alınacaq və bu istiqamətdə əməli işlər görüləcək.

Azərbaycanın böyük şəhərlərindən olan Ağdam erməni işşğalı müddətində tamamilə dağıdılıb, şəhər yerlə yeksan olunub. İnfrastruktur, bunalar məhv edilib. Bu baxımdabn baş planda Ağdam şəhərinin infrastrukturunun tamamilə bərpa olunması əsas xətt kimi götürülüb. Bundan sonra surətli şəkildə bütün kommunikasiya xəttləri bərpa oluncaq.

Cənab Prezidentin son səfəri bir çox təmalqoyma tədbirləri ilə yadda qaldı. Belə ki, səfər çərçivəsində Ağdam şəhər üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin təməli qoyuldu. Eyni zamanda gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının əsası qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bununla yanaşı Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Onu da vurğulamaq yerinə düşər ki, rayonda Böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər tikiləcək. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq;

Ağdam, eləcə də işğala məruz qalmış digər kənd, şəhər və qəsəbələrimizdə ermıəni vandalizmi dərhal hiss olunur. Azad olunmuş torpaqların hər metrində erməni vəhşiliyinin izləri vardır. Onlar bizə mıəxsus, Azərbaycanlılara aid olan bütün tarixi-memarlıq abidfələri, ibadət ocaqlarını, maddi-mədəni tikililəri, bir sözlə, qarşılarına çıxan hər şeyi dağıdıblar. Əliyalın insanlarımızı qanına qəltan ediblər. Xocalı soyqırımını törədib, digər kəndlərimizin sakinlərinə olmazın işgəncə verərək həyatlarına qıyıblat. Özü də bunları öz torpağımızda yer verdiyimiz, şörəyimizi böldüyümüz ermənilər edib. Bütün bnunları bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər Birinci Qarabağ müharibəsindən sonra törətdilər. Bu dağıntılar ikinci Qarabağ müharibəsi dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü. Artıq rrmənilərin törətdikləri cinayətlər bütün dünyaya bəllidir. Onların bundan sonra da ifşa edilməsi davam etdirilməlidir.

Prezident İlham Əliyev Ağdamın tanınmış şəxsləri ilə görüşü zamanı bir sıra mətləblərdən, o cümlədən Azərbaycanın sülh tərəfdarı olmasından və sülh əldə etmək üçün 30 il aparılan danışıqlardan da danışıb. Dövlət başçımızın sözlərinə görə, münaqişənin həllində sülh və diplomatik üsullara sadiq qalan Azərbaycan ona qarşı 30 il ərzində tətbiq olunan ikili standartlar siyasəti ilə qarşılaşırdı. Buna baxmayaraq rəsmi Bakı münaqişənin sülh və diplomatik üsullarla həll olunması üçün bütün lazımi addımları atıb. Azərbaycan çalışırdı ki, münaqişəni sülh yolu ilə həll etsin. “Ölkəmizin vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır” – deyən dövlətimizin başçısı əlavə edib ki, rəsmi İrəvan 30 ilə yaxın bir müddət ərzində yalnız təxribatlarla məşğul olub. Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Bütün danışıqlar dövrü – 2003-cü ildən son hadisələrə qədər Azərbaycan xalqı bütün proseslərin şahidi olub. O da qeyd olunmalıdır ki, Azərbaycanın mövqeyi bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Hətta bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz aqressoruq, sanki biz işğalçıyıq. “Ona görə də biz hər zaman deyirdik ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi” – deyə Prezident İlham Əliyev nitqinə əlavə edib.

Azərbaycanın uğurlarının əsasında güclü dövlət və müstəqil siyasət dayanır. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü və müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Artıq bütün dünya Azərbaycanın gücünü gördü. Dövlətimizin başçısının sözlərinə görə, 44 günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini, qəhrəmanlığını, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. “Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı” – deyən Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan müharibə dövründə də özünü məsuliyyətli ölkə kimi apardı. Belə ki, müharibənin bütün qaydalarına riayət etmişik. Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq. Ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər etməmişik.
Azərbaycanın bundan sonra qalib dövlət kimi inkişaf edəcəyini vurğulayan dövlətimizin başçısı əlavə edib ki, xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi. Bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Azərbaycan xalqı müzəffər xalq kimi, qürur hissi ilə yaşayacaq.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident