Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Prezident İlham Əliyev müharibənin bəzi əməliyyat planlarını açıqladı

Tarix:30-05-2021, 14:49

Prezident İlham Əliyev müharibənin bəzi əməliyyat planlarını açıqladı

Prezident İlham Əliyev müharibənin bəzi əməliyyat planlarını açıqladı

“Bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, ... ”

Prezident İlham Əliyev Ağdam səfəri çərçivəsində 44 günlük Vətən Müharibəsi zamanı həyata keçirilən hərbi əməliyyatlar barəsində bir sıra mətləbləri açıqlayıb. Dövlətimizin başçısı Ağdamdan olan tanınmış şəxslərlə görüşü zamanı Azərbaycan ordusunun həyata keçirdiyi taktiki gedişlərdən söz açıb. Silahlı qüvvələrimizin düşməni necə məğlub etməsindən danışan cənab Prezidentin sözlərinə görə, ordumuzun tətbiq etdiyi hərbi strategiyalar sayəsində qələbəmiz daha inamlı oldu. Nəticə göstərdi ki, əvvəldən seçilən strategiya daha düzgündür və ən mükəmməlidir. Qeyd olunmalıdır ki, əgər Azərbaycan Ordusu hücuma Ağdamdan başlasa idi, bu, böyük səhv olardı. Çünki burada ermənilər çox mürəkkəb istehkam qurmuşdular. Düşmən ərazini elə minalamışdı ki, buradan bizim hücum etməyimiz böyük yanlışlıq olardı. “Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq” – deyən Prezident İlham Əliyevin bildirdiyinə görə, Azərbaycan Ordusu bir-birinin ardınca qazandığı uğurlar Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olundu. Ondan sonra Füzuli, sonra Hadrut, daha Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı işğalçılardan təmizləndi. Düşmən anladı ki, Azərbaycan ordusunun qarşısını kəsə bilməyəcək, igidlərimizi nəinki durdura, heç yubada da bilməyəcək. Ona görə də vaxt itirmədən təslim olmağa tələsdi. Nəticə olaraq 10 noyabrda Ermənistan kapitulyasiya aktını imzaladı. Kapitulyasiya aktını imza atmaq Azərbaycan ordusunu, əsgərini durdurmağın yeganə yolu idi. Ağ bayraq qaldıraraq öz mğlubiyyətini etiraf etmiş oldu. Ermənistan rəhbərliyi bu aktı gözlərdən uzaq bir yerdə imzalamalı oldu. Əgər o kapitulyasiya aktı olmasaydı, onda məkirli ermənilər onu hamının gözü qarşısında imzalayardı. “Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, Paşinyan hansı formada imzaladı. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir” – deyən Prezident İlham Əliyev 44 günlük müharibə dövründə ordumuzun göstərdiyi şücayətdən də danışıb. Dövlətimizin başçısı qeyd edib ki, Vətən Müharibəsi şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. “Dünya miqyasında Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan” – deyə Prezident İlham Əliyev nitqinə əlavə edib.

Seymur Qasımbəyli

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Azərbaycan güclü idman dövlətidir
Azərbaycan güclü idman dövlətidir
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir