Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azad edilmiş bölgələrdə peşə məktəbləri inkişaf etdiriləcək

Tarix:30-05-2021, 17:14
Baxış Sayı:95

Azad edilmiş bölgələrdə peşə məktəbləri inkişaf etdiriləcək

Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsinə, əməkdaşlığın daha da dərinləşməsinə xüsusi önəm verib. Bu gün də uğurlar davam etdirilən qardaşlıq ideologiyası xalqlarımızı daha da yaxınlaşdırmaqla yanaşı dövlət səviyyəsində əlaqələrin ən yüksək səviyyəyə qalxması ilə nəticələnib. Bunu biz dövlətlərimizin ali şəxslərinin görüşlərində, rəsmilərin iclaslarında da aydın müşahidə edə bilərik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk qəbul edilərkən səslənən fikirlər dediklərimizi bir daha sübut edir. Görüşdə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin ən yüksək səviyyədə inkişaf etdiyi bildirilərərk qeyd edilib ki, iki ölkə arasında əməkdaşlıq edilməyən hər hansı bir sahə yoxdur. Sözsüz ki, bu, qardaşlığın bariz nümunəsi kimi qəbul edilməlidir.

Prezidenti İlham Əliyev bildirib ki, iki qardaş ölkə bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edir. Bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində əməkdaşlıq sürətlə inkişaf edir.

Qeyd edilməlidir ki, Azərbaycan digər sahələrdə olduğu kimi təhsil sahəsində də Türkiyə ilə təcrübələrin bölüşdürülməsində, müasir dövrün tələblərinə uyğun mütəxəssislərin yetişdilməsində maraqlıdır.

Görüş zamanı danışıqların ana xətti gələcəyə hesablanıb. Belə ki, ölkələrimiz arasındakı əməkdaşlıq xalqlarımızın gələcəyinə xidmət etməlidir. Prezident İlham Əliyev iki ölkə arasında yaradılan güclü müttəfiqlikdən danışaraq qeyd edib ki, bundan sonra atılacaq bütün addımlar bu münasibətlərə uyğun olmalıdır: “Gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Bu məqsədlə müxtəlif tədbirlər - gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir” – deyən dövlətimizin başçısının sözlərinə görə, Türkiyənin dəstəyini Azərbaycan hər zaman hiss edib. Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərdi.
Vətən müharibəsi zamanı rəsmi Ankaranın verdiyi siyasi və mənəvi dəstək Azərbaycanda tez-tez xatırlanır. Xalq bu birliyi, bu qardaşlığı heç bier zaman unutmayacaq. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etdi və bildirdi ki, Türkiyə Azərbaycanın yanındadır. Bu bəyanat çoxlarına göz dağı oldu. Türkənin rəsmi və birmənalı mövqeyi Azərbaycanı sevməyən bir çox qüvvələrin əl-qolunu bağladı. Onlar Azərbaycana qarşı açıq mübarizə yolu tutmaqdan çəkindilər.

Azərbaycvanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi prinsipial məsələlərdəndir. Rəsmi Bakı üçün bu sahədəki əməkdaşlıq olduqca önəmlidir. Çünki gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün çox önəmli addımlar atılmalıdır.

Prezidenti İlham Əliyev görüş zamanı Türkiyənin təcrübəsini ölkəmiz üçün önəmini qeyd edərək Vətən Müharibəsi zamanı işğaldan azad edilən ərazilərimizdə məktəblərin tikintisinin nəzərdə tutulduğunu qonağın diqqətinə çatdırıb. “İşğaldan azad olunmuş şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli qoyulmuşdur.
Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi olub. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə tədbirlər görülməlidir” – deyən Prezidenti İlham Əliyevin sözlərinə görə, peşə təhsili sahəsi Azərbaycan üçün ən aktual mövzulardan biridir.

Güründüyü kimi, rəsmi Bakı peşə təhsili ilə bağlı işlərin surətləndirilməsi niyyətindədir. İşğaldan azad edilmiş ərazilərin potensialına uyğun olaraq peşə məktəblərinin yaradılması, onların işə salınması və ehtiyac üzrə peşəkar mütəxəssislərin yetişdirilməsini prioritet məssələ kimi masaya qoyub.

ERMƏNİLƏR O TORPAQLARIN SAHİBİ OLMADIQLARINI ÖZLƏRİ BÜTÜN DÜNYAYA SÜBUT ETDİLƏR
ERMƏNİLƏR O TORPAQLARIN SAHİBİ OLMADIQLARINI ÖZLƏRİ BÜTÜN DÜNYAYA SÜBUT ETDİLƏR
Abşeron rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub
Abşeron rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub
Masazırda şəhidlərin xatirəsinə bulaq istifadəyə verildi
Masazırda şəhidlərin xatirəsinə bulaq istifadəyə verildi
15 İYUNDA ŞUŞADA DAHA BİR TARİX YAZILDI
15  İYUNDA ŞUŞADA DAHA BİR TARİX YAZILDI
Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı təqdim olunub
Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı təqdim olunub
Azərbaycan və Türkiyə prezidentləri Şuşada “Xan qızı” bulağında olublar
Azərbaycan və Türkiyə prezidentləri Şuşada “Xan qızı” bulağında olublar
“Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya
“Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi
MİLLİ QURTULUŞ İDEOLOGİYASININ TƏNTƏNƏSİ
MİLLİ QURTULUŞ İDEOLOGİYASININ TƏNTƏNƏSİ
Abşeronda "Son zəng" qeyd olundu
Abşeronda
İki ölkəni birləşdirən dəyər - DOSTLUQ VƏ QARDAŞLIQ...
İki ölkəni birləşdirən dəyər - DOSTLUQ VƏ QARDAŞLIQ...
Azərbaycan iqtisadiyyatının yeni prioritetləri: – Gələcəyə açılan pəncərə
Azərbaycan iqtisadiyyatının yeni prioritetləri: – Gələcəyə açılan pəncərə
AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ NÜMUNƏVİ ÖLKƏ ADLANDIRILIB
AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ NÜMUNƏVİ ÖLKƏ ADLANDIRILIB
Daha bir şəhid övladı sevindi - Aberonda
Daha bir şəhid övladı sevindi - Aberonda
İradə Gülməmmədova şəhid övladları ilə görüşdü
İradə Gülməmmədova şəhid övladları ilə görüşdü
Abşeron rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” qeyd edilib
Abşeron rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” qeyd edilib
Azad edilmiş bölgələrdə peşə məktəbləri inkişaf etdiriləcək
Azad edilmiş bölgələrdə peşə məktəbləri inkişaf etdiriləcək
Prezident İlham Əliyev müharibənin bəzi əməliyyat planlarını açıqladı
Prezident İlham Əliyev müharibənin bəzi əməliyyat planlarını açıqladı
Ağdam ağ günlərə doğru...
Ağdam ağ günlərə doğru...