Xəbər lentİ

AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ NÜMUNƏVİ ÖLKƏ ADLANDIRILIB

12:45, 03.06.21
Oxunub: 496
Gundem / SƏHİYYƏ
AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ NÜMUNƏVİ ÖLKƏ ADLANDIRILIB

Ümumdünya Səhiyyə Assambleyasının 2021-ci il 31 may 74-cü Sessiyasında çıxışında Prezident İlham Əliyev pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görüldüyünü söyləyib.
Azərbaycanda Dövlət tərəfindən COVİD-19-un təsirinə məruz qalmış Respublika vətəndaşlarının, eyni zamanda sahibkarlıqla məşğul olan sahələri dəstəkləmək və onlara kömək məqsədi ilə 2 milyarda yaxın ABŞ dolları miqdarında sosial-iqtisadi təşviq paketi verilib.

Respublika Prezidenti İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan koronavirusla mübarizədə heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız öz daxili mənbələri hesabına maliyyələşdirilmişdir.

COVİD-19-un Azərbaycanda təsirinin azaldılması üçün indiyədək xeyli işlər görülüb və görülməkdədir. Həmin dövrdən bu günədək mütəmadi olaraq yollar, idarə, müəssisələr, məktəblər, içtimai iaşə obyektləri, içtimai nəqliyyat və s. dezinfeksiya edilir.
Pandemiya başladığı vaxtdan Respublikamız Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqə saxlayıb. Bir sıra Beynəlxalq təşkilatlardan mütəmadi məsləhətlər alınıb, ölkəmizə bununla bağlı mütəxəssislər dəvət olunub.

Qısa müddət ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib. Yoluxanların müalicəsi üçün müəyyən edilmiş xəstəxanalarda 10 mindən artıq çarpayı yerləşdirilmişdir. Bu xəstəxanalarda yüksək səviyyəli, fədakar həkimlər və tibb işçiləri fəaliyyət göstərir.

Yoluxma və ölüm sayı artıq xeyli aşağı düşüb. Odur ki, karantin rejimi yumşaldılıb və artıq tədricən də yumşaldılmaqdadır.

2021-ci ilin yanvar ayının ortalarından peyvənd kampaniyası başlanıb.

99,94 faizi “Sinovak”, qalanı isə “AstraZenesa” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib.

Azərbaycanda əhalinin 20 faizi artıq peyvənd olunub. 18 yaşdan yuxarı yaş həddində olan bütün vətəndaşlar isə könüllü olaraq, istədikləri vaxt peyvənd oluna bilərlər.

Azərbaycan pandemiya ilə mübarizədə yüksək səviyyədə çağırışlarla çıxış edən ölkələrdən biridir.
2020-ci ildə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırılıb.

Pandemiya ilə mübarizədə öndə olan ölkələrdən olan Azərbaycan Respublikası BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb. Həmin qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunub.

Bu qətnamədə Respublikamız inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrə kömək etməyə çağırır.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bir sıra ölkələr kimi, lazım olandan bir neçə dəfə artıq vaksin əldə etməyib. Çünki bu inkişafda olan ölkələri vaksin almaq imkanından məhrum edərdi.

Azərbaycan özü də şəxsən 30-dan atrıq inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrə COVİD-19-la bağlı maliyyə yardımı və humanitar yardım göstərib.

Ümumdünya Səhiyyə Təşkilatına isə 10 milyon ABŞ dolları miqdarında könüllü maliyyə dəstəyi göstərib.

Şəhla Ağbulud

Fikirlər

 Oxşar xəbərlər: