Azərbaycan Yazıçılar Birliyinin Abşeron Bölməsinin bir qrup yazıçıları yanvarın 18-də əvvəlcə Xırdalan şəhərində uçaldılmış abidənin qarşısına qərənfillər düzərək,Abşeron şəhidlərini 1 dəqiqəlik sükutla yad etdilər.Sonra yazıçılar Dağüstü Parka-Şəhidlər Xiyabanına yollandılar
AYB-nın Abşeron bölməsinin sədri ,şairə,prezident təqaüdçüsü Şəhla Ağbulud yazıçılarla birlikdə tədbirə qatılan M.Hüseyinzadə adına Novxanı 1 saylı məktəbin 1 qrup şagirdinə üz tutub onlara şahidi olduğu o qanlı gecənin faciəsindən danışdı.Həmin gecə tankın tırtılları altında qalan 1 qıza həsr etdiyi şeiri oxudu
Sonra sözü şair Yusif Hüseyinə verdi.Hərkəsin ürəyi dolu idi.Şairlər Sədayət Sədat ,Eyvaz Məmmədov,Mütalib Tahiroğlu,Qaçay Kəlbəcərli,Məhsumə Məhərrəmovada özlərinin şəhidlərə həsr etdiyi şeirlərini oxudular
Üstündən 25 il kecməyinə baxmayaraq o gecənin şahidi olan şairlərin gözləri dolmuşdu.Bu mənzərədən və şeirlərdən təsirlənən şagirdlər vətən uğrunda hər an canından kecməyə hazır olduqlarını və şəhidlərin qanını yerdə qoymayacağını söylədilər