Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yaşı 18-ə çatmamış şəxsləri, hamilə qadınları, süd verən anaları qorumaq üçün hamı peyvənd olunmalıdır

Tarix:30-07-2021, 09:23
Baxış Sayı:697

Yaşı 18-ə çatmamış şəxsləri, hamilə qadınları, süd verən anaları qorumaq üçün hamı peyvənd olunmalıdır


Karonavirus yayılan vaxtdan Azərbaycanda qabaqlayıcı tədbirlər başlandı. İdarə-müəssisələr, məktəblər, içtimai nəqliyyat, parklar, yollar, səkkilər və s. xüsusi məhlulla dezinfeksiya edildi.

Məktəblilərin sağlamlığı üçün təhsil ocaqları bağlandı. Gündəlik sərnişindaşımalarla yanaşı tibbi personalın və digər şəxslərin daşınması üçün əlavə avtobuslar xəttə buraxıldı. Bir çox məhdudiyyətlər qoyuldu. Bu məhdudiyyətlər yalnız xalqımızın sağlamlığına yönəlmişdi.

Azərbaycanda pandemiyaya qarşı mübarizə planlı şəkildə aparılır. Respublikamızın Dövlət Başçısı vətəndaşların şağlamlığını hər şeydən üstün tutur. Odur ki, COVİD-19 xəstəliyi başlayan andan dövlət öz vətəndaşlarının qeydinə qalmağa başladı. İlk andan mühüm addımlar atıldı.

Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixdə Azərbaycan Respublikasında yeni karonavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün “Fəalliyyət planı” təsdiq edildi.

Həmçinin Karonavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Fondun məqsədi karonavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Bu Fonda xalqımızın sağlamlığı üçün könüllü olaraq fiziki və hüquqi şəxslər ödəmələr, ianələr edirlər.

Hazırda Azərbaycanda 20-dən çox laboratoriya fəaliyyət göstərir. Ölkənin 20-dən artıq ən səviyyəli xəstəxanaları karonavirusa tutulmuş xəstələr üçün ayrılıb. Bir çox inkişaf etmiş ölkələrdə belə karonavirus xəstələri evlərdə və yaxud adi xəstəxanalarda müalicə alırlar. Respublikamızda isə bu xəstələrə xüsusi diqqət yetirilir. Xəstələr ixtisaslı həkimlər tərəfindən xüsusi ayrılmış xəstəxanalarda, tibb müəssisələrində müalicə götürürlər.

COVİD–19 xəstəliyinə tutulmuş və müalicə götürmüş insanlara “İmmunitet sertifikatı” verilir. Lakin bir vaxt koronavirus keçirmiş - bu infeksiyaya tutulub, müalicə olunmuş insanlar 6 aydan sonra yenə müayinə olunaraq vaksin vurdurmalıdırlar. Belə ki, elmi tədqiqatlar göstərir ki, bu xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı” nın etibarlılıq müddəti 6 ay qəbul edilir.

Azərbaycanda COVİD-19 xəstəliyinə qarşı tətbiq olunan vaksinlərin hər hansı birinin iki dozasını vurdurmuş şəxslərə “ Peyvənd sertifikatı” verilir.
Koronavirus əleyhinə vaksin vurdurmaq üçün “randevu.its.az” saytına daxil olaraq “COVİD–19 vaksin randevu” elektron xidmətindən istifadə edərək növbə tuta bilər.

Hal-hazırda Azərbaycanda 4 istehsalçının - AstraZeneca Vaxzevria (İngiltərə), Biontech Pfizer (Almaniya ABŞ), Sputnik V (Rusiya) vaksinləri tədbiq olunur və hər kəs öz seçiminə, istəyinə görə hər hansı vaksindən istəsə vurdura bilər.
Hazırda dünyada COVİD-19 üzrə “ Peyvənd sertifikatı” müddətsizdir. Lakin bu barədə elmi tədqiqat işləri davam edir.

2-ci dozadan 6 ay sonra peyvənd olunan şəxs Azərbaycanda istifadəsinə icazə verilmiş vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı” nda son iki doza haqqında məlumat qeyd olunacaq.
2-ci dozadan 6 ay sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxari olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster qüvvətləndirici) vaksin vurulması məsləhət bilinir.

Yaşı 18-ə çatmamış uşaq və yeniyetmələri, hamilə qadınları, süd verən anaları qorumaq üçün hamı peyvənd olunmalıdır.

Şəhla Ağbulud

Törətdikləri cinayətlərə görə Ermənistan hökuməti məsuliyət daşımalı və təzminat ödəməlidir
Törətdikləri cinayətlərə görə  Ermənistan hökuməti məsuliyət daşımalı və təzminat ödəməlidir
Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi cinayət törətdiyinə görə məsuliyyət daşımalıdır
Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi cinayət törətdiyinə görə məsuliyyət daşımalıdır
Abşeronda şəhid ailələri ilə görüşlər davam edir
Abşeronda şəhid ailələri ilə görüşlər davam edir
“Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik”
“Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik”
İradə Gülməmmədova 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüşdü
İradə Gülməmmədova  600-dən yuxarı bal toplayan abituriyentlərlə görüşdü
Vaqif poeziya günləri bərpa edildi
Vaqif poeziya günləri bərpa edildi
Ölkəmizdə şəhid ailələrinə, qazi və müharibə əlillərinə xüsusi qayğı göstərilir
Ölkəmizdə şəhid ailələrinə, qazi və müharibə əlillərinə xüsusi qayğı göstərilir
Mehriban Əliyevanın xeyirxah missiyası bütün dünyaya bəllidir
Mehriban Əliyevanın xeyirxah missiyası bütün dünyaya bəllidir
Abşeronda həftə ərzində COVİD-19 əleyhinə genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib
Abşeronda həftə ərzində COVİD-19 əleyhinə genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib
OPERATİV QƏRARGAHIN BRİFİNQİ - VİDEO (20.08.2021)
OPERATİV QƏRARGAHIN BRİFİNQİ - VİDEO (20.08.2021)
COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb.
COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb.
Azərbaycan Ermənistan sərhəddində söz sahibi bizik”
Azərbaycan Ermənistan sərhəddində söz sahibi bizik”
“Biz Bakıda avtomobilə əyləşib rahatlıqlaTürkiyəyə və Naxçıvana keçməliyik”
“Biz Bakıda avtomobilə əyləşib rahatlıqlaTürkiyəyə və Naxçıvana keçməliyik”
Yaşı 18-ə çatmamış şəxsləri, hamilə qadınları, süd verən anaları qorumaq üçün hamı peyvənd olunmalıdır
Yaşı 18-ə çatmamış şəxsləri, hamilə qadınları, süd verən anaları qorumaq üçün hamı peyvənd olunmalıdır
Abşeronda pandemiya əleyhinə aparılan genişmiqyaslı tədbirlər sakinlər və sahibkarlar tərəfindən müsbət şəkildə qarşılanır
Abşeronda  pandemiya əleyhinə aparılan  genişmiqyaslı tədbirlər sakinlər və sahibkarlar tərəfindən müsbət şəkildə qarşılanır
Ölkəmiz hərtərəfli inkişaf edir
Ölkəmiz hərtərəfli inkişaf edir
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil