Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İLHAM ƏLİYEV- XXI əsr dövlət başçılarına liderlik örnəyi...

Tarix:24-12-2021, 10:32

İLHAM ƏLİYEV- XXI əsr dövlət başçılarına liderlik örnəyi...


Prezident İlham Əliyev artıq on səkkiz ildir ki, müstəqil Azərbaycan Respublikasına uğurla rəhbərlik edir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla inkişaf etdirən İlham Əliyevin həll etməli olduğu məsələlər çox genişmiqyaslı idi. Ermənistanın işğalçı siyasəti, böyük dövlətlərin öz maraqları, ikili standartlar və digər amillər keçid dövrünü xüsusilə qəlizləşdirirdi. Digər dövlət başçıları heç cür başa düşə bilmirlər ki, Prezident İlham Əliyev 18 il ərzində yetərincə mürəkkəb geosiyasi regionda Azərbaycana uğurla rəhbərlik etməyə necə nail olur. O, ölkəsinin dövlətlərarası qarşıdurmalardan yan keçməsinə, siyasi sabitliyi təmin etməyə necə nail olur? Xüsusilə XXI əsrdə ölkənin ərazi bütövlüyünü hərbi yolla təmin etsin, hətta beynəlxalq arenadan dəstək alsın. Bunu isə öz müdrik siyasəti ilə İlham Əliyev bacardı. İndi isə yenə bütün dünya Azərbaycan liderinin təcrübəsini öyrənməyə çalışır.

Düşünürük ki, xalqına arxalanan Prezident İlham Əliyev öz qurucu fəaliyyəti ilə bütün bu suallara cavab verir. O tələb edir ki, vətəndaşlar məmnun olsun, çalışır ki, xalqın layiqli həyat səviyyəsi təmin edilsin. Vətəndaşlarla görüşündə hər dəfə qeyd edir ki, “Xalq bizə etimad göstərib və biz hər gün bu inamı və etimadı doğrultmalıyıq”.

Tez-tez respublikanın regionlarına səfərlər edən, sənaye, kənd təsərrüfatı və mədəniyyət obyektlərinin, tibb mərkəzlərinin, məktəb binalarının, qaçqın və məcburi köçkünlər üçün qəsəbələrin və yaşayış evlərinin istifadəyə verilməsi mərasimlərində iştirak edən Prezident ölkədəki vəziyyət barədə hərtərəfli məlumata malikdir. O, əhali ilə yaxın ünsiyyətdə olur, necə deyərlər, ilk mənbədən məlumat alır. Bu isə insanların əhval-ruhiyyəsini, onların problemlərini öyrənməyə imkan verir. Çox zaman nəzərinə dəyən problemlər elə yerindəcə həll olunur. Prezidentin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə minlərlə vətəndaşımızın zərəri kompensasiya edilməklə xalqın maraqları bir daha təmin edildi.

Dövlət başçımızın həyata keçirdiyi islahatlarda məqsədi təkcə mövcud təsisatların yenidən təşkili, mobilləşdirilməsi deyil, həm də yeni təsisatlar yaratmaq, ölkənin iqtisadi, maliyyə, investisiya axımının, turizmin, sosial təminat, enerji, qaz, su təchizatının, yol infrastrukturunun, qeyri-neft sektorunun, sahibkarlığın, ixracın, vergi-gömrük, tikinti, təhsil, idman və digər sahələrin tərəqqisinə nail olmaq, mövcud maneələri aradan qaldırmaqdır. Məsələn, “ASAN xidmət” mərkəzlərinin işə başlaması ilə dövlət xidmətlərinin təqdim edilməsi zamanı korrupsiya üçün əlverişli şərait aradan qaldırıldı. Turizm Agentliyinin yaradılması, viza prosedurlarının sadələşdirilməsi, xüsusilə “ASAN xidmət” vasitəsilə idarə edilən elektron vizanın tətbiq edilməsi ilə ölkəyə gələn turistlərin sayının ən azı 3 dəfə artımına nail olundu. “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması qeyri-neft məhsullarının ixracın stimullaşdırılmasına və xarici bazarda rəqabətliliyin artmasına səbəb oldu, “bir pəncərə” sisteminin tətbiqi biznesin qurulması üçün qeydiyyat prosedurlarının sayının azaldılması, tikinti işlərinin aparılmasına icazələrin alınmasının, mülkiyyətin qeydiyyatının, vergi və güzəştlərin ödənilməsinin, gömrük prosedurlarının şəffaflaşması ilə nəticələndi. Demokratik və iqtisadi islahatlar nəticəsində iqtisadi böhranlardan, beynəlxalq təzyiqlərdən və pandemiyanın yaratdığı çətinliklərdən ciddi zərər görülmədi və üstəlik Azərbaycanın investisiya cəlbediciliyi günü-gündən artmaqdadır. Təkcə 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2,636 mlrd. ABŞ dolları təşkil edib. İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 9000-dən çox şirkəti qeydiyyatdan keçib.

Aparılan bütün islahatların beynəlxalq hüququn ümumi prinsiplərinə söykənən qanunvericilik bazası yaradılmış, xüsusilə fərdlərin məhkəməyə çatımlılıq hüququnun təmini məqsədi ilə məhkəmə tənzimləməsi standartları yaxşılaşdırılmış, “Mediasiya haqqında” Qanun qəbul edilmiş, habelə “elektron hökumət” in davamı olaraq “elektron məhkəmə”, “elektron icra”, “elektron prokurorluq” və s. sistemlər yaradılmaqla ölkədə vahid informasiya axımına nail olunmuşdur.

Ölkəmizdə reallaşan islahatlar Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinə müsbət təsir göstərib. Məsələn, Dünya Bankının “Doing Business – 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. “Doing Business-2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun 2020-ci ilin hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Azərbaycanda 2 milyondan çox yeni iş yeri açılıb.

Dövlətçiliyin səmərəliliyi, hazırkı və gələcək iqtisadiyyatın davamlı inkişafı, siyasi modernləşmə, ordunun gücləndirilməsi, beynəlxalq aləmdə təşəbbüskarlıq kimi Cənab Prezidentin vəhdət təşkil edən əsas beş fəaliyyət istiqaməti olduğunu deyə bilərik. Artıq bu gün Azərbaycan şaxələndirilmiş iqtisadiyyat sisteminə malikdir. “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında sənayenin inkişafı üzrə Dövlət Proqramı” əsasında ölkədə çoxsaylı sənaye parkları və sənaye məhəllələri, texnoloji parklar yaradılıb ki, bütün bunlar iqtisadiyyatda, o cümlədən aqrar sahədə ixrac üçün sənaye məhsullarının istehsalını yüksək sürətlə artırmışdır. Verilən güzəştlər və dövlət yardımı ilə pambıqçılıq, taxılçılıq, ipəkçilik, üzümçülük, çayçılıq, tərəvəzçilik, çəltikçilik və arıçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələri dirçəldilib. Meyvə, badam, fındıq, sitrus, xurma, zeytun, qoz, nar bağlarının sahəsi xeyli genişlənib. Aqroparklar ölkənin landşaftını tanınmaz dərəcədə dəyişib, xarici dövlətlərin Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbatı xeyli artıb. Tikilən elektrik stansiyaları nəticəsində Azərbaycan qonşu ölkələrə elektrik enerjisi də ixrac etməyə başlayıb.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəinki ölkəni, habelə Qafqaz regionunu inkişaf etdirir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli dialoq platformaları ölkəmizin beynəlxalq statusunun artırılması ilə yanaşı region ölkələri üçün yeni iqtisadi perspektivləri yaradır. Bu gün ölkəmiz regionun siyasi mənzərəsini dəyişən möhtəşəm layihələrin təşəbbüskarıdır. Ölkəmiz indi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Azərbaycanın iştirakı ilə yeni bir tarix yazılır. Bütün bunlar, təbii ki, cənab İlham Əliyevin mətin və qətiyyətli addımlarının nəticəsidir.

Beynəlxalq tərəfdaşlar Azərbaycanın gələcəyinə inanır, ölkəmizə, onun rəhbərliyinə etibar edir. Azərbaycanla bağlanmış tərəfdaşlıq müqavilələrinin müddətinin zamanla uzadılması bu inamın, güvənin ifadəsidir. Prezidentin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli nəqliyyat layihələri həyata keçirilib. Ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirən, dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, 2014-cü il sentyabrın 20-də təməli qoyulmuş Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropanı Asiya ilə birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasına başlanıb. Bu layihənin əsasını təşkil edən Qədim İpək Yolunun bir xətti olaraq şərqlə qərbi birləşdirəcək Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da rəsmi açılışı olub. Bakı-Tibilisi-Qars dəmir yolu, cənub – şərqi Asiya ölkələrindən və Hindistandan tutmuş tranzit yüklərin İran vasitəsilə Azərbaycan üzərindən şimala və qərbə daşınmasını hədəfləyən Şimal Cənub Ticarət Dəhlizi kimi layihələr, Xəzər hövzəsinin Ələt zonasında regionda ən boyük Beynəlxalq Ticarət Limanının tikintisi bu sahədə yeni eranın təməlini qoydu. Belə nəqliyyat dəhlizləri dəqiq hesablamaların nəticəsidir və alternativ dəhlizlərə münasibətdə daha sərfəlidir. Belə ki, “Şərq-Qərb nəqliyyat dəhlizi” Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir. Orta hesabla 5400 km uzunluğunda olan “Şərq-Qərb nəqliyyat dəhlizi”nin tranzit müddəti 15 gündür. Bütün bu layihələr Prezident İlham Əliyevin şəxsi təşəbbüsünün məhsuludur. Bu layihələrin icrası əsasında Azərbaycan üzərindən daşınacaq yüz milyonlarla ton yüklər ölkəmizə milyardlarla dollar valyuta axınını təmin edəcəkdir. Prezidentin iradəsi ilə ərəsəyə gələn və bütün dünyanın diqqət mərkəzində olan ən böyük transmilli layihəsi Cənub Qaz Dəhlizi layihəsidir. “Cənub Qaz Dəhlizi”nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Artıq Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildən Avropa bazarına tədarükünə başlanılıb. Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 mlrd. ABŞ dollarıdır. Bu layihə Prezident İlham Əliyevin şah əsəridir. Layihənin reallaşdırılması ilə bağlı yaradılan çətinliklərə və təziqlərə baxmayaraq İlham Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək 11 şirkətin, yeddi hökumətin və 11 topdan qaz alıcılarının sıx əməkdaşlığı tələb edən bu Transmilli Layihənin sükanını öz əlinə aldı. Bu, əsrin ən böyük enerji layihəsidir.

Prezident İlham Əliyevin siyasəti nəticəsində belnəlxalq aləmdə Azərbaycan Respublikasının Qafqazın lider dövləti, Avropa dövlətlərinin etibarlı tərəfdaşı, multikultural dövlət, idman ölkəsi kimi müsbət imici formalaşmışdır. Qlobal təşəbbüslərin müəllifi olan Azərbaycanın üçrəngli bayrağı irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, habelə nüfuzlu beynəlxalq təşkilatlarda əzəmətlə dalğalanır. Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də məhz ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun və sürətli iqtisadi inkişafının göstəricisidir.

2015-ci ildə isə bütün dünyanı heyran edən Birinci Avropa Oyunlarının, daha sonra Dördüncü İslam Oyunlarının, 2017-ci ildə Formula 1 Azərbaycan Qran-Prisinin yüksək səviyyədə təşkili milyardlarla insanın diqqətini Azərbaycana yönəltdi. Ən yüksək səviyyədə keçirilən bu tədbirlər eyni zamanda Azərbaycanın bütün dünyaya təqdimatı demək idi. Bu təqdimatın məntiqi nəticələri göz qabağındadır. Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, YUNESKO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilmişdir. Rusiya-NATO əməkdaşlığı ilə əlaqədar danışıqların davamlı şəkildə Bakıda aparılması faktı Azərbaycanın beynəlxalq nüfuzunun və müstəqil xarici siyasətinin göstəricisidir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzuna işarə edir.
Azərbaycan Prezidenti həm də öz ölkəsinin maraqlarını qətiyyətlə müdafiə edən Lider kimi tanınır. Özündə 120 dövləti birləşdirən və dünyada BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına Prezident İlham Əliyevin sədrlik etməsi, sədrlik müddətinin daha bir il uzadılması istəyi də ölkəmizin beynəlxalq nüfuzundan qaynaqlanır. Xüsusilə BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölgüsünə dair qətnamə qəbul olunması Azərbaycanın və onun liderinin təşəbbüsləri ilə reallaşdı və bu onun nəinki öz xalqının, habelə digər xalqların haqqının müdafiəsini etmək imkanına qadir olduğunu göstərdi. Öz fəaliyyəti ilə digər dövlət başçılarına liderlik dərsi verdi. Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev həm döyüş, həm də siyasi meydanda qalib olmağı bacardı. İlham Əliyev Qoşulmama Hərəkatına (QH) sədrlik etməklə BMT-də söz sahibi rolunda çıxış etməyə nail olur. Prezident İlham Əliyevin siyasətinin nəticəsi idi ki, Vətən Müharibəsi dövründə QH üzvlərinin güclü siyasi həmrəyliyini və dəstəyini hiss etdik. Belə ki, Silahlı Qüvvələrimizin inamla irəlilədiyi bir vaxtda BMT Təhlükəsizlik Şurası (TŞ) səviyyəsində Fransanın təşəbbüsü ilə Azərbaycana növbəti təzyiq cəhdini də gördük. Belə ki, TŞ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra Fransanın təşəbbüsü ilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri adından bəyanat layihəsi hazırlandı və razılaşdırılması üçün üzv ölkələr arasında yayıldı. Lakin layihədə TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilməmişdi. TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 dövlət - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təkid etdilər. Bundan sonra layihənin müəllifi olan həmsədr ölkələr onu geri götürməyə məcbur qaldılar. Beləliklə, İlham Əliyevin Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirdiyi uzaqgörən siyasi fəaliyyətin nəticəsi olaraq ermənipərəst dairələrin Azərbaycana olan təzyiqlərinin beynəlxalq hüquqi qüvvəyə minməsinin qarşısı alındı.

Prezident İlham Əliyev 26 fevral 2021-ci il tarixdə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı zamanı bir-birinin ardınca verilən suallara dörd dildə, su belə içmədən, cavablandıraraq, dünya mətbuatının rəğbətini də qazandı. Bir çox jurnalist ilk dəfə bir prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olduğunu və Prezidentin rekorda imza atdığını dilə gətirdilər. Mətbuat konfransında dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana artan maraqdan xəbər verirdi. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmışdır.

Cənab İlham Əliyev öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır. Bütün dünyada çox az təsadüf edilən liderlərdəndir ki, cəmiyyət can atdığı, özünə rəhbər seçdiyi şəxsiyyətdə görmək istədiyi bir çox cəhətləri həm mənəvi-siyasi lider, həm güclü sərkərdə, həm mahir diplomat, həm bacarıqlı idarəçi, həm qurucu rəhbər obrazlarını Onun siyasi portetində tapa bilir.
Prezident İlham Əliyevin yaratdığı yeni reallıq bütün regionun siyasi və iqtisadi mənzərəsini, habelə ölkənin statusunu dəyişdirmişdir. Böyük Qələbənin nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcəkdir. Minlərlə kilometr avtomobil yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanı doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük qayıdış çərçivəsində reallaşdırılacaqdır. Qarabağ “yaşıl enerji” zonasına çevriləcəkdir. “Ağıllı kənd” layihəsi isə artıq reallaşmaqdadır.

Ümummilli Lider Heydər Əliyev kimi Prezident İlham Əliyevin Azərbaycan xalqı üçün etdikləri bitib-tükənməzdir. Bu gün əminliklə söyləmək olar ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanı daha da irəliyə aparacaq! Azərbaycan xalqının öz rəhbərinə inamı sonsuzdur!

Bildiyimiz kimi dekabrın 24-də cənab Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin doğum günüdür. Bu fürsətdən istifadə edərək, hədsiz qürur hissi ilə deyirik: - Doğum gününüz mübarək, cənab Prezident!

Şükufə Məmmədova,

Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır