Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Güclü ordumuz, müasir silah-sürsatımız olmalıdır”

Tarix:18-01-2022, 22:42

“Güclü ordumuz, müasir silah-sürsatımız olmalıdır”


44 günlük vətən müharibəsi sevinci və ağrı-acıları ilə arxada qaldı. Bu gün Müzəffər Ordumuzun işğalçı düşməndən təmizlədiyi Qarabağ torpağında və digər azad olunmuş rayonlarda bərpa-quruculuq işləri aparılır. İnfrastruktur layihələri həyata keçirilir. Magistral yollar, dəmir yolları çəkilir, körpülər, tunellər salınır, Hava Limanları, Su Elektrik Stansiyaları, binalar, məktəblər, tibb müəssisələri və sair həyat əhəmiyyətli obyektlər tikilib təhvil verilir. Bunların hər birinin təməlqoyma mərasimində, açılışında cənab Prezidentimiz İlham Əliyev şəxsən iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Göygöldən Kəlbəcərə uzunluğu 11kilometrdən çox olan tunel çəkilir. Çünki qışda bu yoldan istifadə etmək demək olar ki, çox çətindir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğunda ikinci tunel inşa edilir. Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gəlmək mümkün olacaqdır. Bərdə-Ağdam avtomobil yolu da inşa edilir. Naftalan Talış və Suqovuşanla birləşdirilir. Bu da həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Füzuli-Şuşa yolu, Zəfər Yolu bir ilə çəkilibdir. İkinci yol – magistral yol çəkilir, Füzuli-Hadrut, Füzuli – Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın istiqamətində əlavə yollar da çəkilir. Xüsusilə dəmir yolları qeyd olunmalıdır. Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlanıb.

Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına start verilib”.
Lakin işlər nəzərdə tutulduğundan ləng gedir. Belə ki, zalım, qəddar düşmənin törətdiyi dağıntıları yenidən qurmaq, torpaqlarımızdan çıxarkən basdırdıqları on minlərlə minalardan təmizləmək olduqca mürəkkəb və çox vaxt aparan bir prosesdir.
Ermənistan öz cinayətkar əməllərindən hələ də əl çəkməyərək basdırdıqları minaların xəritəsini təqdim etmir. Halbuki, müharibə başa çatdıqdan sonra bu xəritə qarşı tərəfə verilməlidir.

Hətta hal-hazırda belə erməni quldurları quruculuq işlərinə mane olmağa çalışırlar. Tez-tez atəş açaraq nifaq törətməyə can atırlar. Odur ki, 30 il yurd-yuva həsrəti çəkərək gözləri vətən yollarında qalan qaçqın və köçkünlərimiz işğaldan azad olunmuş torpaqlarımıza hələ də ayaq basa bilmirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Müharibədən sonra 200-ə yaxın Azərbaycan vətəndaşı - mülki və hərbi vətəndaş ya həlak olub, ya da ki, ciddi yaralanıb. İlk növbədə minalardan təmizləmə işləri aparılmalıdır. Bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi fəal işləyirlər, eyni zamanda, Fövqəladə Hallar Nazirliyi.

Əfsuslar olsun ki, bu günə qədər insanlar itiririk. Ona görə bu işləri görmədən biz genişmiqyaslı qayıdış proqramına başlaya bilmərik. Mina təmizləməklə bağlı, ilk növbədə, infrastrukturun keçdiyi yerlər diqqət mərkəzində idi, yəni elektrik xəttləri, yollar. Baş planı hazır olan şəhərlərin, xüsusilə Şuşa və Ağdam şəhərlərində minalardan təmizlənməsi prosesi sürətlə gedir”.

Lakin bütün bu çətinliklərə baxmayaraq torpaqlarımızda quruculuq işləri ruh yüksəkliyi ilə davam etdirilir. Vandalların dağıtdıqları tarixi abidələrimiz yenidən bərpa edilir. Şuşa şəhərində bu sahədə artıq böyük işlər görülüb və görülməkdədir.

Vətən müharibəsi başlayanda on minlərlə gənc hərbi komissarlıqların qarşısına toplaşaraq könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət etdi. Hazırlıqlı Ordumuzun cəsur əsgər və zabitləri vətəni qorumaq üçün irəli atıldılar.

Cənab İlham Əliyevin komandanlığı ilə torpaqlarımız geri alındı, lakin bu haqq savaşında 3 min şəhid verdik. Minlərlə insan əlil oldu.

Dövlətimiz şəhid ailələrini, qaziləri və müharibədən əziyyət çəkən insanları hər an diqqət mərkəzində saxlayır. Onları mənzillə təmin edir. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillə təmin edilib. Onlara 7400 avtomobil verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə 850 mənzil verilib. İkinci Qarabağ müharibəsinin qazilərinə və şəhid ailələrinə 750 mənzil verilib və bu prosedur davam etdirilir”.

Azərbaycanda müntəzəm olaraq şəhid ailələrinin sosial təminatı yaxşılaşdırılır. Onlara təyin olunan müavinət getdikcə artırılır. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilər ən müasir protezlərlə təmin olunurlar. Hansı ki, bu protezlərlə onlar sağlam həyata qayıda bilərlər.

Unutmamalıyıq ki, düşmən həmişə düşməndir və çox yaxınlığımızda, torpaqlarımızda yaşayan düşmən hər an pusqudadır. Odur ki, biz belə qonşularla hər an ayıq-sayıq olmalıyıq. Güclü ordumuz, müasir silah-sürsatımız olmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Hərbi quruculuq prosesi davam olunacaqdır. Müharibə dövründə çoxlu sayda döyüş sürsatdan istifadə olunub, indi onları bərpa etməliyik və bağlanmış yeni kontraktlar bunu təmin edir. Artıq silah və sürsat tədarükü gedir. Müxtəlif xarakterli müasir silah sistemləri alınır. Hərbi texnologiya inkişaf edir və Azərbaycan həmişə ən yaxşı texnologiyaları almaq arzusundadır. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması strateji vəzifədir”.

Şəhla Ağbulud

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu