Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ermənistan ordusunun 8 hərbi qulluqçusu məhv edilib - Müdafiə Nazirliyindən rəsmi açıqlama

Tarix:22-01-2015, 02:27

Ermənistan ordusunun 8 hərbi qulluqçusu məhv edilib - Müdafiə Nazirliyindən rəsmi açıqlama

"Ermənistandakı son hadisələr göstərir ki, onlar cəbhədə müvəffəqiyyət qazana bilmədiklərindən dezinformasiya xarakterli məlumatlar yaymaqla Azərbaycan tərəfini informasiya mübarizəsinə çəkməyə çalışırlar”. Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlikdən bəyan edilib ki, Ermənistandakı hərc-mərclik, ordudakı döyüş və qeyri-döyüş itkilərinin sayının çoxalması işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin imicinə sarsıdıcı zərbə vurmaqla yanaşı, onları psixoloji tarazlıqdan çıxarır: "Bu cür vəziyyət Ermənistanın hərbi komandanlığının özünü qeyri-adekvat aparmasına səbəb olur, onların cəbhədəki vəziyyəti xeyirlərinə dəyişmək məqsədilə tələm-tələsik, səhv qərarlar verərək uğursuz kəşfiyyat-təxribat əməliyyatları keçirməyə cəhd göstərməsinə və bununla da mənasız itkilərin sayının artmasına şərait yaradır”.
 
Nazirlikdən qeyd olunub ki, erməni tərəfinin rəsmi olaraq təsdiq etdiyi kimi, yanvarın 3-dən 20-dək yalnız cəbhədə onların (Ermənistan Silahlı Qüvvələrinin) 8 hərbi qulluqçusu məhv edilib, 4 nəfəri isə ağır yaralanıb: "Təsdiq edilən itkilər ancaq Ermənistan Silahlı Qüvvələrinə məxsusdur. İşğal edilmiş ərazilərimizdən, Dağlıq Qarabağdan olan və zorla cinayətkar silahlı dəstələrə cəlb olunmuş ermənilər arasında itkilər isə gizlədilir, onların sayı rəsmi açıqlanandan ən az iki-üç dəfə çoxdur. 

Müdafiə Nazirliyi bir daha bildirir ki, işğalçı qüvvələr torpağımızdan çıxarılanadək bu cür itkilərə daha çox məruz qalacaq və bütün bunlara, eləcə də baş verə biləcək təxribatlara görə birbaşa və qeyd-şərtsiz Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıyacaq”.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub

Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...

Laçınlılar doğma yurd yerlərinə qayıdırlar

Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir

1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır

Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib

Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib

Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır

” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK

ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR

Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib

YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər

İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək

Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür

Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir

Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur

Heydər Əliyevin 100 illik yubileyi Abşeronda qeyd edilib