Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan Respyblikasının Konstitusiyası əsl vətəndaş yetişdirilməsi üçün böyük imkanlar açır

Tarix:12-11-2022, 14:20

Azərbaycan Respyblikasının Konstitusiyası əsl vətəndaş yetişdirilməsi üçün böyük imkanlar açır


Azərbaycanın ilk Konstitusiya quruluşu 1921-ci il mayın 19-da SSRİ-nin dövründə qəbul olunub. Sonralar Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişiklər edilib. 1978-ci il aprel ayının 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Ümummilli Liderimiz Heydər Əliyevin təklifi və təkidi ilə Konstitusiyanın 73-cu maddəsinə: “Azərbaycan Sovet Sosialist Resspublikasının dövlət dili Azərbaycan dilidir”.- cümləsi əlavə edilib. Bu, Dahi Rəhbərin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən və demək olar ki, müstəqilliyə aparan ilk addımlardan biri idi.
Ümummilli Lider Heydər Əliyev demişdir: “ Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiya layihəsi 12 noyabr 1995-ci il tarixdə Referendum yolu ilə xalq tərəfindən qəbul edilmişdir.
Tarixə nəzər salaq: 1813-28-ci ilə qədər Azərbaycanın ərazisi 410 min kv.km.idi. 1990-ci illərdə artıq bu, kiçilərək 86,6 min kv.km. olmuşdur. Torpaqlarımızın 20% isə işğal altında idi. Konstitusiyanın 76-cı maddəsi gənclərdə torpaq təəssübkeşliyi oyadır: “Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Vətəni təkcə sevməklə vətənpərvər olmaq olmaz, əsl vətənpərvər, əsl patriot o şəxsdir ki, o vətən uğrunda canından və qanından keçməyə hazır olsun”.
44 günlük Vətən müharibəsi, Müzəffər ordu, onu düzgün yönəldən mahir siyasətçi, ağıllı rəhbər, mükəmməl demokratik düşüncə sahibi, xalqını böyuk məhəbbətlə sevən Ali Baş Komandan 28 il işğal altında olan əbədi və əzəli Azərbaycan torpaqlarını azad etdi. 30 illik münaqişə 44 günə öz həllini tapdı. Bu müharibədə yüksək məqama-şəhadətə yüksələn igidlərimizin, qazilərimizin, qəhraman əsgərlərimizin göstərdiyi qəhramanlıqlar unudulmayacaq.
Konstitusiyanın ümumi ruhu və məzmunu bunu bilməyə əsas verir ki, müasir gənclərimizi milli ruhda ümumbəşəri dəyərləri mənimsəmək, İslam dini dəyərlərinin mütərəqqi ənənələrini sevmək və yaşatmaq ruhunda tərbiyələndirmək lazımdır. Bunun üçün mənəvi qaynaqlarımızdan, mənəviyyat xəzinəmizdən daima istifadə etməliyik. Ulu öndər Heydər Əliyev gənclərə müraciətlə demişdir:
“Azərbaycan xalqının milli mənəviyyatında 170 illik bir yarğın vardır. Azərbaycanın Rusiyaya birləşdirildiyi 1828-ci ildən 1991-ci ilə qədər olan dövrü nəzərdə tuturam. Rusiya ərazisində yaşayan millətlər içərisində mənəviyyatına azərbaycanlılar qədər zərbələr vurulan xalq tapmaq çətindir. 20 ildə 3 dəfə əlifbası dəyişib, 1936-cı ildə türk soykökü adına qadağa qoyulub, tarixi keçmişindən ayrı salınıb. Lakin xalqın yaddaşı çox möhkəm olur. Bugünki, özünəqayıdış, özünüdərk prosesində gənclərin milli kökdə, milli mənəviyyat qaynaqları əsasında formalaşması böyük əhəmiyyət kəsb edir. Gənclərin gələcəyə hazırlanması, onların milli dəyərlər üzərində boy atması, vətənpərvər vətəndaş olması müstəqil dövlətimizin siyasətində mühüm yer tutur. Bu baxımdan Müstəqil Azərbaycanın Əsas Qanununun oynadığı rol əvəzsizdir. Müstəqil dövlətimizin atributlarından biri olan Konstitusiya dövlətçiliyimizi möhkəmləndirmiş, onun beynəlxalq nüfuzunu artırmışdır. Bu qanunu bilmədən və ona hörmət etmədən, xalqımızın və dövlətimizin mənafeyinə uyğun yaşamaq və işləmək mümkün deyil. Özünü Azərbaycan vətəndaşı sayan hər bir şəxs bu qanunun qarşısında cavabdehdir və onun aliliyinə hörmət etmək onun vətəndaşlıq borcudur”.
Konstitusiya bəyan edir ki, Azərbaycan Respublikasında Hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu isə o deməkdir ki, xalqımızın taleyi və müqəddəratı öz əlindədir. Bu siyasi fikrin gənclərə mənimsədilməsi onlarda milli qürur hissinin möhkəmlənməsinə, mənəviyyatının zənginləşməsinə səbəb olur. Öz Vətəninin sahibi olmaq, hər bir gəncdə milli ruhu gücləndirir.
Konstitusiyanın 11-ci maddəsində qeyd olunur: “Azərbaycan Respublikası ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir”.
Hər bir xalqın, millətin kimliyi və necəliyi haqqında fikir söyləyərkən öncə onun hansı mənəvi köklər arasında formalaşdığını nəzərdən keçirmək lazım gəlir. Azərbaycan xalqı bu baxımdan öz böyüklüyü və kamilliyi ilə qürurlana bilər, mənəviyyat qaynaqları ilə fəxr edə bilər.
70 illik sovet ideologiyası öz kökünə qırılmaz tellərlə bağlı olan Azərbaycan xalqını əridə bilmədi. Öz müstəqilliyini qazanan Azərbacan Respublikasında mənəvi qaynaqlara, qan yaddaşına doğru güclü yürüş başlandı.
Konstitusiyada vicdan azadlığı haqqında xüsusi maddədə deyilir: “Hər kəsin vicdan azadlığı vardır. Hər kəs dinə münasibətini müstəqil formalaşdırır. Bu isə bizə imkan verir ki, gənc nəsli müqəddəs Qurani-Kərimdə göstərilən bəşəri qaydalar, ulu peyğəmbərimizin “bir günlük təhsil 40 illik ibadətdən üstündür” kəlamı ilə tərbiyə edək”.
Azərbaycan Respublikasının Konstitusiyası əsl vətəndaş yetişdirilməsi üçün böyük imkanlar açır. Müstəqil Azərbaycanın gələcək qurucularının kamil şəxsiyyət kimi formalaşmasında əsas qanunun - Konstitusiyanın rolu əvəzsizdir.

Təyyubə Hüseynova
Abşeron rayonu, Saray 3 saylı tam orta məktəbin direktoru

Mülki təyyarəmizin vurulması və enişə icazə verilməməsi bir çox suallar yaradır
Mülki təyyarəmizin vurulması və enişə icazə verilməməsi bir çox suallar yaradır
Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən həmrəylik günü hər birimiz üçün inam və ümid anıdır
Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən həmrəylik günü hər birimiz üçün inam və ümid anıdır
Azərbaycan bundan sonra da idmanın inkişafına böyük diqqət ayıracaq
Azərbaycan bundan sonra da idmanın inkişafına böyük diqqət ayıracaq
İlham Əliyev yüksək intellektual səviyyəli dövlət başçısı və şəxsiyyətdir
İlham Əliyev yüksək intellektual səviyyəli dövlət başçısı və şəxsiyyətdir
Əsrə bərabər 21 il
Əsrə bərabər 21 il
Qalib Azərbaycanın müzəffər sərkərdəsi
Qalib Azərbaycanın müzəffər sərkərdəsi
Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
Abşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub
Abşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib
Abşeronda 10 dekabr “Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə tədbir keçirilib
Abşeronda 10 dekabr “Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə tədbir keçirilib
Abşeron rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib
Abşeron rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib
Abşeronda sağlam qidalanmanın təşviqi və təbliği məqsədilə maarifləndirici tədbirlər həyata keçirilib
Abşeronda sağlam qidalanmanın təşviqi və təbliği məqsədilə maarifləndirici tədbirlər həyata keçirilib
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
Tariximizin 20 noyabr günü
Tariximizin 20 noyabr günü
DİM Abşeron rayonunda dövlət qulluqçuları üçün təlimlər keçirib
DİM Abşeron rayonunda dövlət qulluqçuları üçün təlimlər keçirib
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir