Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Polis İdarəsinin təşkilatçılığı ilə tədbir (VİDEO,FOTO)

Tarix:8-02-2015, 01:40



Abşeron rayonu Qobu qəsəbə Qəzənfər Xaliqov adına 1 saylı tam orta məktəbin akt zalında Abşeron Rayon Polis İdarəsinin təşkilatçılığı ilə “Erkən nikah və narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Məktəbin müəllim və şagirdlərinin, Abşeron RİH-nin Qobu qəsəbə üzrə nümayəndəsinin, Qobu qəsəbə Bələdiyə sədrinin , Abşeron RPİ-nin əməkdaşlarının,mətbuat nümayəndələrinin , həmçinin valideynlərin iştirak etdikləri tədbirdə erkən nikahın yaratdığı problemlər, narkomaniya və psixotrop maddələrin fəsadlarından geniş bəhs edilib.

Qobu qəsəbə Qəzənfər Xaliqov adına 1 saylı tam orta məktəbin direktoru Cəbrayıl Cəfərquliyev narkomaniya və erkən nikahın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğunu bildirib.

Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin baş inspektoru polis mayoru Elburus Əhmədov bildirib ki, erkən nikah və narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.
Abşeron rayon Polis İdarəsinin rəis müavini polis polkovnik leytinantı Elçin Rəçəbov hər iki bəlaya düçar olanların potensial cinayətkarlara çevrildiklərini vurğulayıb. Bildirib ki, narkomaniya və gənclərin erkən nikaha cəlb olunması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.

Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin sahə rəisi polis mayoru Cabir İlyaszadə son illər ölkə miqyasında narkomaniya və erkən nikaha qarşı mübarizə tədbirlərinin geniş miqyas aldığını vurğulayıb, bu istiqamətdə daha ciddi addımların atılması üçün gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib. O həmçinin vurğulayıbki, Qobu qəsəbəsində bu cür halların baş verməməsi üçün onun təşkilatçılığı ilə mütamadi olaraq təhsil ocaqlarında elmi-praktik konfranslar keçirilir
Tədbirdə həmçinin Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd edilib. Anma mərasimində çıxış edənlər Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən, Mübariz İbrahimovun hər bir gəncə örnək olacaq ömür yolundan danışıblar.

Tədbir məktəblilərin ifasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə davam etdirilib.

Sonda Mübariz İbrahimova həsr olunmuş film nümayiş olunub.

Baş redaktor: Şamo Əliyev

Abşeronda Polis İdarəsinin təşkilatçılığı ilə tədbir (VİDEO,FOTO)
Abşeronda Polis İdarəsinin təşkilatçılığı ilə tədbir (VİDEO,FOTO)
Abşeronda Polis İdarəsinin təşkilatçılığı ilə tədbir (VİDEO,FOTO)
Abşeronda Polis İdarəsinin təşkilatçılığı ilə tədbir (VİDEO,FOTO)
Abşeronda Polis İdarəsinin təşkilatçılığı ilə tədbir (VİDEO,FOTO)
Abşeronda Polis İdarəsinin təşkilatçılığı ilə tədbir (VİDEO,FOTO)





Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident