“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya” çərçivəsində Abşeron Olimpiya Kompleksində keçirilən tədbirdə əvvəlcə qonaqlar rayonda idman sahəsində əldə edilən uğurları əks etdirən sərgi və stendlərlə tanış oldular. Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin iştirak etdiyi tədbir məktəblilərin hazırladığı “ Heydər Əliyev 95 “ fləşmobünün nümayişi ilə başlayıb.
Dövlət Himninin səsləndirildikdən sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Cəbrayılov çıxış edərək bildirib ki, dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycan da daxil olmaqla, yaşlı nəsillə bərabər, cavanların da daha çox oturaq həyat tərzi keçirməsi bir sıra qeyri-infeksion xəstəliklərin inkişafına təsir göstərir. Yeniyetmə və gənclər arasında yayılan piylənmə, ürək-damar xəstəlikləri və depressiyaya qarşı ən effektiv profilaktika metodlarından biri olduğuna görə aktiv fiziki həyat tərzinin təbliği çox vacibdir. Rayonun ümumi təhsil müəssisələrində fiziki aktivliyin təbliği ilə bağlı tədbirlər Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın 9.2.1 bəndinə uyğun həyata keçirilir.
Təhsil şöbəisinin əməkdaşı, metodiki kabinetin müdiri Sevil Əliyeva tədbirin əhəmiyyətindən danışıb. O qeyd edib ki, məktəblərdə Fiziki aktivliyi yüksəltmək, ən yaxşı müəllimləri aşkar etmək, qabaqcıl müəllimlərin təcrübəsini öyrənmək və yaymaq məqsədi ilə rayon ümumtəhsil məktəblərində tədbirlər planı hazırlanıb, müxtəlif müsabiqələr, seminarlar, yarışlar, fiziki aktivliyə aid müxtəlif profilli albomlar təşkil olunub, təhsil müəssisələrinin hər birində müəllimlərin “açıq dərs” ləri keçirilərək, məktəb rəhbərləri tərəfindən təhlil olunub.
Tədbirdə rayon məktəbliləri, şahmat-dama yarışı, stolüstü teniss, güləş, cüdo, karate, bədii gimnastika, şən startlar, basketboll, sıra hazırlığı, əlehqazdan istifadə və digər mərhələlərdə öz bacarıqlarını yoxlayıb,qüvvələrini sınayıblar.
Tədbirdə həmçinin əhalinin sağlam və fiziki aktivliyə malik olması, eləcə də Abşeron Olimpiya Kompleksinin xidmətlərindən maksimum istifadə etmələri üçün hazırlanmış maarifləndirici materiallar- büroşura və bukletlər qonaqlara və məktəblilərə payalnılıb.
Sonda qalib gələn komandalara, fiziki tərbiyə və çağırışaqədərki hərbi hazırlıq müəllimlərinə fəxri fərman və kuboklar təqdim edilib.