Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda sahibkarlarla maarifləndirici görüş keçirilib

Tarix:20-07-2019, 00:46

Abşeronda sahibkarlarla maarifləndirici görüş keçirilib


Abşeron Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə Xırdalanda sahibkarlarla işgüzar forum keçirilib. “Ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların ABAD Publik Hüquqi Şəxsi ilə birgə fəaliyyətinin təşviqi” mövzusunda baş tutan tədbirdə şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyələr, idarə, müəssisə, təşkilat rəhbərləri, kiçik və orta sahibkarlar, ailə təsərrüfatı nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinin əldə edilməsi mexanizmi barədə geniş məlumat verilib, Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan zeytunçuluq, zəfərançılıq, üzümçülük təsərrüfatlarının, badam bağının, logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayon barəsində ətraflı məlumat verib. Abşeronun həm sənaye, həm də kənd təsərrüfatı rayonu olduğunu bildirən başçı qeyd edib ki, bütün ölkədə olduğu kimi, rayon ərazisində də sahibkarlığın inkişaf etdirilməsi istiqamətində vətəndaşlar üçün lazım olan şərait yaradılıb.

İcra başçısı ölkə Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan, Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planının 7.1.22. bəndində əksini tapan “ABAD” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqi məsələsindən də söz açıb. Rayon rəhbəri çıxışında “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin Respublika Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində yaradıldığını qeyd edib. Az bir müddət olmasına baxmayaraq fəaliyyət göstərən qurumun yaradılmasında məqsədin Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək olduğunu vurğulayıb. “ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələrinin həyata keçirildiyini söyləyib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda və Bakı qəsəbələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev aqrar sektorun inkişafı istiqamətində görülən işlər, bu sahədə sahibkarlığın rolu, fermerlərə verilən güzəştlər və subsidiyalar barədə danışıb.

İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 15 sahibkara Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2,5 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, üzümçülük, quru meyvə, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 100-dən çox iş yerinin açılmasına imkan yaradacaq.

Forum çərçivəsində Xırdalan şəhərində güzəştli kredit ayrılmış ət kəsimi və emalı müəssisəsinin fəaliyyətinə və quru süd istehsalı müəssisəsində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Tədbir iştirakçılarına həmçinin “ABAD” Mərkəzləri şəbəkəsinin fəaliyyət istiqamətləri, göstərdiyi dəstək xidmətləri barədə geniş izahat və ətraflı məlumatlar verilib, o cümlədən tədbir iştirakçılarının fikir və təklifləri dinlənilib, iştirakçılara maraqlı olan suallar dolğun cavablandırılıb.

Abşeronda sahibkarlarla maarifləndirici görüş keçirilib
Abşeronda sahibkarlarla maarifləndirici görüş keçirilib
Abşeronda sahibkarlarla maarifləndirici görüş keçirilib
Abşeronda sahibkarlarla maarifləndirici görüş keçirilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir