Xəbər lentİ

Abşeron rayon Heydər Əliyev Mərkəzində növbəti nigah mərasimi keçirildi

22:39, 19.02.15
Oxunub: 5 676
Gundem
Abşeron rayon Heydər Əliyev Mərkəzində növbəti nigah mərasimi keçirildi

Fevralın 19-da Abşeron rayon Heydər Əliyev Mərkəzində iki gəncin- Dilman Orucov və Məxluqə Süleymanovanın nigahlarının təntənəli qeydə alınması mərasimi keçirildi.
Nigah mərasimindən öncə gənclər Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Sonra gənclər Heydər Əliyev Mərkəzində olmuş, burada Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.Nigah mərasimində gənc ailələrin valideynləri, yaxın qohumları, nigah şöbəsinin əməkdaşları və Heydər Əliyev Mərkəzinin işçiləri iştirak etdilər.

Mərasimində çıxış edən Abşeron rayon Heydər Əliyev Mərkəzinin müdüri Tükəzban xanım Həsənova hər iki cütlüyə xoş arzularını bildirdi, ailənin əhəmiyyətindən və onların müqəddəs varlığından danışdı, yeni qurulan gənc ailələrə xoşbəxtlik arzuladı. T.Həsənova bu təşəbbüsün artıq bir ənənə halını aldığını qeyd edərək bildirdi ki, gənclərimiz həvəslə öz nigah mərasimlərini Mərkəzdə qeyd edirlər. Sonra gənclər arasında nikah müqaviləsi bağlanıldı və gənclərə nikah şəhadətnaməsi təqdim olundu.
Çıxış edənlər mərasim iştirakçıları yeni ailə quran gənclərin nikah mərasimlərinin müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildirdilər.

Baş redaktor: Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: