Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir

Tarix:11-10-2023, 13:45

Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir

Azərbaycan Respublikasının milli mənafelərinin qorunmasına xidmət edən xarici siyasət kursunun işlənib hazırlanması və gerçəkləşdirilməsi bütövlükdə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun güclü dövlətçilik təfəkkürü Azərbaycan Respublikasının beynəxalq əlaqələrinin düzgün qurulmasına imkan yaratmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu.

Ulu Öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Ulu Öndər bu barədə demişdir. “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir.”

Heydər Əliyev Azərbaycanın dövlətçilik müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Müstəqil Azərbaycan dövlətinin Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.

SSRİ dağılandan sonra istiqlaliyyət qazanmış türk xalqları arasında tarixi mənəvi bağların, iqtisadi, siyasi və humanitar əlaqələrin qurulması və genişləndirilməsində dövlət başçılarının mütəmadi görüş və müzakirələrinin böyük əhəmiyyətə malik olduğunu vurğulayan Heydər Əliyev bu sahədə Türkiyə Cümhuriyyəti tərəfindən atılan addımları, verilən dəstəyi yüksək qiymətləndirirdi. Xüsusilə Prezident Turqut Özalın 1992-ci ildə Ankarada yeni istiqlal qazanmış türk cümhuriyyətlərinin dövlət başçılarının ilk Zirvə görüşünün xalqlarımızın qarşılıqlı əlaqələrinin daha da zənginləşməsində faydalı başlanğıc olduğunu qeyd edirdi.

Türkiyə Cümhuriyyəti ilə əlaqələrə çox böyük əhəmiyyət verən Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanı, bununla da Azərbaycanı Türkiyə ilə bağlayan Araz çayı üzərində “Ümid” körpüsünün tikintisinə başlandı. Körpü Heydər Əliyevin və Süleyman Dəmirəlin iştirakı ilə təntənəli surətdə açıldı. Bu açılış Azərbaycan – Türkiyə münasibətlərində yeni bir mərhələnin də təməlinin qoyulması idi.

Türkiyə Cümhuriyyəti yaradılmasının 75-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda çıxış edən Heydər Əliyev qardaş ölkəyə olan sevgisini bu sözlərlə ifadə etmişdir: “Türkiyə Cümhuriyyəti Avropa ilə Asiyanın, Şərqlə Qərbin sintezindən əmələ gəlmiş və bütün müsəlman Şərq aləmi üçün örnək cümhuriyyət olmuşdur.”

Rusiyanın Cənubi Qafqazda güclü nüfuzunu nəzərə alan Azərbaycan özünün xarici siyasətində şimal istiqamətinə xüsusi diqqət verir. Prezidentlərin qarşılıqlı səfərləri, Xəzər dənizinin milli sektorlara bölünməsi üzrə Azərbaycan Rusiya sazişi, eləcə də hər iki tərəfin təhlükəzliyinin təmin edilməsi də daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

İki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində Heydər Əliyevin xüsusi rolu və xidməti olmuşdur. Ulu Öndər qeyd etmişdir ki, “Azərbaycan bu gün də, gələcəkdə də Rusiya ilə səmimi münasibətlərə, yaxşı tərəfdaşlıq münasibətlərinə malik olmalıdır.”

Tarix və mədəniyyət sahələrində zəngin müştərək irsə malik Azərbaycanla İran arasında münasibətlər Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Müstəqilliyimizin ilk günlərindən Azərbaycan qonşu İranla siyasi-iqtisadi və mədəni sahələrdə faydalı əlaqələrin gücləndirilməsinə çalışır.

“Biz bu mövqeyin üzərində qəti dururuq ki, Xəzər dənizi sülh, qardaşlıq, birgə əməkdaşlıq dənizi olmalıdır.” – deyən Heydər Əliyev İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridərək kifayət qədər gərgin münasibətləri normallaşdırmağa və inkişaf etdirməyə çalışmışdır.

Azərbaycan öz təhlükəsizliyi, ərazi bütövlüyü və müstəqilliyini qorumaq, imkanlarını möhkəmləndirmək naminə Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir. Heydər Əliyevin qeyd etdiyi kimi: “Biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk və müstəqil dövlətimizi quraraq, yaradaraq, inkişaf etdirərək bütün sahələrdə - dövlət quruculuğunda, demokratiyanın inkişaf etdirilməsində, bütün azadlıqların təmin olunmasında, bazar iqtisadiyyatı yolunda islahatların keçirilməsində Amerikanın təcrübəsindən daim bəhrələnirik.”

Bu münasibətlərin inkişafı Azərbaycanın iqtisadi və siyasi tərəqqisinə, Xəzərdə neft və qaz layihələrinin gerçəkləşdirilməsinə, Şərqlə Qərbi birləşdirən transregional dəhlizlərin yaradılmasına imkan verir. Azərbaycanla ABŞ arasında əməkdaşlıq ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının başlıca elementi kimi çıxış edir.

Bütövlükdə, Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Bu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır. Əsasını varislik ilə yenilik arasındakı tarazlıq təşkil edən bu model mövcud konyunkturanın dəyişikliklərinə əməli surətdə cavab verməyə, eyni zamanda, ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılmasına imkan yaratmışdır.

Tükəzban Həsənova
Abşeron Rayon Heydər Əliyev Mərkəzinin direktoru

Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır