Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək

Tarix:12-11-2024, 13:22

Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır.
Dörd təsisçi üzv arasında əməkdaşlıq forumu kimi başlayan TDT, indi əlavə müşahidəçilərlə yeddi üzv dövlətdən ibarət olan nüfuzlu təşkilata çevrilib. Bu birlik təkcə siyasi və iqtisadi ittifaq deyil, həm də türk irsi və dəyərlərinin mədəni və sosial birləşməsini təmsil edir.
Azərbaycan-TDƏŞ inkişaf etməyə davam etdikcə, Azərbaycan türkdilli xalqlar arasında ittifaqı möhkəmləndirməyi qarşısına məqsəd qoyaraq, Türk Dünyası daxilindəki roluna daha çox üstünlük verir.
Prezident İlham Əliyev: "Biz Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan türkdilli dövlətlər arasında əlaqələri gücləndirmək məqsədi daşıyan strateji təşəbbüsə rəhbərlik edir. Türk Dövlətləri Təşkilatı ətrafında cərəyan edən bu təşəbbüs təkcə regional əməkdaşlığı nəzərdə tutmur, o həm də vahid Türk dünyası yaratmağa hesablanıb. 2009-ci ildə imzalanan Naxçıvan Sazişi ilə əsası qoyulan bu təşkilat üzvləri arasında qarşılıqlı etimadı, sülhü və rifahı təşviq etmək üçün dinamik foruma çevrilib".
Xüsusi qeyd etməliyik ki, Azərbaycanın bu təşkilata nə qədər birlik əzmində diqqətlə yanaşmasını sonuncu dəfə Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən TDT Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışında açıq-aydın gördük. Prezident İlham Əliyev çıxışında deyir: “Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın TDT Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək”.
Andiçmə mərasimində "Biz Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritet məsələdir", - deyən Prezident Əliyev Azərbaycanın xarici siyasətinin yol xəritəsini aydın şəkildə vurğulamışdı.
Prezident İlham Əliyev Azərbaycanın TDT üzrə strategiyasını dəqiq müəyyən edərək TDT-ni təkcə türk dünyasının kollektiv maraqlarına cavab verən təşkilat kimi deyil, həm də sülh, sabitlik və qarşılıqlı inkişafında önəmli rolu olan əsas platforma kimi nəzərdə tutur.
Prezident İlham Əliyev Bişkekdə keçirilən TDT Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Türk Dövlətləri Təşkilatına qarşılıqlı hörmət və ehtirama əsaslanaraq bildirmişdir: “Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır. Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim. 200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”.
Heç şübhəsiz, bu fikirlər Prezident İlham Əliyevin Türk dünyasına verdiyi xüsusi önəmin, türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olmasının, həmçinin türk birliyi və həmrəyliyinin, TDT-nin bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə əminliyin parlaq ifadəsidir.

Zamin Zeynal:
Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədr müavini, QHT sədri

Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu