Abşeron Mədəniyyət Sarayında “Həyatla oyun” tamaşası nümayiş olundu (Video ,Foto)
Tarix:24-02-2015, 20:45
Fevralın 24-də Gənclər və İdman Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Abşeron Mədəniyyət Sarayında narkomaniyaya qarşı mübarizə ilə əlaqədar tədbir keçirdi.
Tədbirdə Bakı Uşaq Teatrı “Həyatla oyun” tamaşasını təqdim etdi. Bu tamaşada bir qrup tələbələrin maarifsizlikdən düçar olduqları əsrin bəlası olan narkomaniya öz əksini tapmışdı.
Tamaşa boyu kütləvi qırğın silahı olan narkomaniyanın yol açdığı bəlalar ön plana çəkilmişdi.
Bakı Uşaq Teatrının direktoru, eləcədə tamaşanın rejissoru olan İntiqam Soltan narkomaniyanı ölümə açılan pəncərə adlandıraraq bu bəladan yalnız güclü iradə sayəsində qurtarmağın mümkün olduğunu bildirdi.
Tamaşa xüsusilə gənc tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.