Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Vətənə məhəbbət, yurda sevgi kiçik yaşlarından aşılanır

Tarix:4-03-2015, 21:58


Ölkəmizdə uşaqların sağlam və gümrah böyümələri, gələcəyin layiqli vətəndaşları kimi yetişmələri üçün bütün gərəkli tədbirlər görülür. İndi ötənlərdə olduğu kimi "Xoruz", "Keçi" şerlərini əzbərlətməklə və ya gizlənpac oynatmaqla uşaqları (kiçikyaşlı uşaqları nəzərdə tuturuq) gələcəyə hazırlamaq olmaz. Bu cür heç mümkün də deyil. Qədim türklərdə olduğu kimi, oğlan uşağını 3 yaşından əsgər kimi böyütməyə çalışmasaq da hər halda təlim-tərbiyə metodları tamamilə yenilənib. Müasir dövrün tələblərinə uyğun olaraq istər evdə, istər körpələr evində, uşaq bağçasında tərbiyəyə münasibət, ümumi və fərdi yanaşma prinsipləri istəyimizdən və ya iradəmizdən asılı olmayaraq dəyişir, yeni məna, çalar kəsb edir. Ən azından bugünkü uşaqlar dili söz tutandan Vətən, Bayraq, Azərbaycan kəlmələrini öyrənməyə, ana yurdunun düşməninin kim olduğunu bilməyə cəhd edirlərsə, bu, çox yaxşıdır və olduqca əhəmiyyətli məsələdir. Gələcəyin layiqli vətəndaşlarının bu istiqamətdə yetişdirilməsi isə valideynlərdən, tərbiyəçi və müəllimlərdən, eyni zamanda dövlətdən, onun diqqət və qayğısından çox asılıdır. Birmənalı şəkildə qeyd edək ki, dövlətimiz bu yöndə üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirir. İstər dövlət, istərsə də Heydər Əliyev Fondunun xətti ilə uşaqlarla bağlı ölkəmizdə, o cümlədən bütün bölgələrimizdə yetərincə layihələr gerçəkləşdirilir. Bu qayğıdan Abşeronlu uşaqlar da lazımınca bəhrələnirlər.Rayonun bütün kənd və qəsəbələrində olduğu kimi Xırdalan şəhərindədə Uşaq bağçası – körpələr evlərinə də diqqət artırılmışdır. Belə ki, şəhərin 25- ci məhəlləsində 120 yerlik 24 saylı, Abşeron Gənclər Şəhərciyində də 120 yerlik 25 saylı uşaq bağcaları tikilib istifadəyə verilmiş, 28- ci məhəllədə 80 yerlik uşaq bağçasının tikintisi davam etməkdədir. Mövcud 9 üşaq bağçası – körpələr evində 1.200 nəfər uşağın təlim-tərbiyyəsi ilə 187 nəfər tərbiyəçi-müəllim məşğul olur.Xüsusi ilə qeyd etmək istəyirəmki Abşeron rayonunda olan 30-a qədər körpələr evi-uşaq bağçasının hərbirində körpələrimizin vətənpərvərlik ruhunda böyüdülməsi və vətənə ,millətə sevginin aşılanması yüksək səviyyədə aparılır,təlimlər və məşğələlər keçilir bu səpgidə

Abşeron rayon Xırdalan şəhəri 15 saylı körpələr evi-uşaq bağçasında savad təlimi adlı növbəti məşğələ keçilib.Məşğələnin əsas məqsədi 5 məktəbəqədər hazırlıq qurupunun (100 nəfər) vətənə,millətə,dövlətə və dövlətçiliyə sevginin uşaq yaşdan aşılanması və “V” hərifi ilə tanışlıq olub.
15 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Mətanət Novruzova tədbirin əsas məqsədinin Müstəqil Azərbaycan Respublikasına layiqli övladlar yetişdirmək, uşaqları vətənpərvərlik ruhunda tərbiyə etmək, məktəb təliminə hazırlamaq, hərtərəfli inkişafını təmin etmək və onların həyatını qorumaq, fiziki sağlamlıqlarını möhkəmləndirmək olduğunu bildirib

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib