Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron Məktəblərində Mülkü Müdafiə günlərinə start verilib (Video)

Tarix:2-04-2015, 15:47



Aprelin 1-də Xırdalan Şəhər 1 nömrəli tam orta məktəbdə Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı Abşeron Təhsil Şöbəsinin müavini Pərviz Əhmədov , Abşeron Təhsil Şöbəsinin bir neçə metodisti və digər şəxslər iştirak edirdilər. Öncə iştirakçılar mülki müdafiə gününə həsr olunmuş "açıq dərs"lərdə oldular və şagirdlər zəlzələlər, torpaq sürüşmələri, qaz partlamaları, vulkanlar, yanğınlar və s. mövzularda qısa məlumat verdilər. Sonra məktəbin foyesində süni yanğın səhnəsi təşkil olundu və həyəcan siqnalı verildi. Növbətçi müəllimlərin köməyi ilə şagirdlər hər iki arxa qapıdan məktəbin həyətinə köçürüldü. Post, manqalar və siniflər öz yerini tutdu. Hərbi rəhbər raport verdi. Dövlət himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kamran Rzayev Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixindən danışdı. Bildirdi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart tarixində bu təşkilata üzv olan bütün ölkələrdə "Ümumdünya Mülki Müdafiə günü" kimi qeyd edilir. Bu nüfuzlu beynəlxalq qurum ən mürəkkəb fövqəladə hallar baş verdikdə əhatə etdiyi ölkələrə yardım göstərir, həmin ölkələrdə mühafizə xidmətini inkişaf etdirir, möhkəmləndirir və əlaqələndirir. Azərbaycan Respublikası bu təşkilatın üzvlüyünə qəbul edildiyi üçün hər il onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
Kamran Rzayev qeyd etdi ki, Beynəlxalq Mülki Müdafiə gününün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın gördüyü işin vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, eləcə də fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün məsuliyyət daşıyan əməkdaşların çətin işini və fədakarlığını lazımınca qiymətləndirməkdir. Son illər respublikamızda bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən əsaslı işlər görüldüyünü diqqətə çatdıran Kamran Rzayev bildirdi ki, respublikanın hər yerində olduğu kimi, Abşeron rayonunda da təbii fəlakətlərin və fövqəladə hadisələrin qarşısını almaq və ya bu kimi hallarda xilasetmə işinin təşkili, qısa müddət ərzində xilasetmə qüvvə və vasitələrin hazırlığının təmin edilməsi və s. haqqında maarifləndirmə tədbirləri görülür. Respublikamızda xilasetmə işlərində ən müasir texnika və avadanlıqlardan istifadə edildiyini bildirən Kamran Rzayev dövlət tərəfindən həyata keçirilən bu tədbirlərin əhalinin etibarlı mühafizəsinin təmin olunmasına xidmət etdiyini bildirdi.
Abşeron Təhsil Şöbəsinin müavini Pərviz Əhmədov çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Tədbirin profilaktik xarakter daşıdığını bildirən Pərviz Əhmədov buna baxmayaraq, bir anlıq da olsa həyəcan yaşadıqlarını nəzərə çatdırdı. Sözügedən hadisələr zamanı ayıq olmağı və həmin vaxt nəzəri biliklərdən istifadə etməyin zəruriliyini diqqətə çatdıran Pərviz Əhmədov siniflərdə müşahidələr aparıldığı zaman şagirdlərin mülki müdafiə biliklərinin yüksək səviyyədə olduğunu qeyd etdi.

Tədbirdə şagirdlərin iştirakı ilə tibb manqasının yaralıya tibbi yardım göstərilməsi, yanğın zamanı yanğınsöndürmə manqasının üzvlərinin yanğının söndürülməsi, əleyhqaz və sairə vasitələrdən istifadə olunması qaydaları nümayiş etdirildi.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident