Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat festivalının rayon mərhələsi keçirilib. Yarışın keçiriliməsində əsas məqsəd şahmat fənni tədris edilən pilot ümumtəhsil məktəblərində fənnin mənimsənilmə səviyyəsinin artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları aşkar etmək və məktəblilər arasında bu idman növünü təbliğ etməkdir.
Yarışmada rayonun şahmat fənni tədris edilən pilot ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Hər pilot məktəbi II-IV siniflərdə oxuyan 3 qız və 3 oğlan təmsil edib.
Oyundan əvvəl Təhsil Şöbəsinin metodisti Aslan Həziyev çıxış edərək iştirakçıları salamlayıb və onlara oyunun qaydalarını başa salıb. Oyun İsveçrə sistemi ilə 9 turdan ibarət olmaqla keçirilib.
Yarışın sonunda qaliblərdən ibarət yığma komanda müəyyən olunaraq, festivalın final mərhələsində iştirak etmək hüququ qazanıb.