Bir bağçadan üç xəbər İdmana marağın təməli bağçada qoyulur. Bu gün bağçaların əksəriyyətində sadə idman qurğuları fəaliyyət göstərməkdədir. Kiçik bulaqlardan böyük çaylar yarandığı kimi, bağçalarda idmanda ilk addımlarını atanlar da böyük idmana gəlib çıxır, dünya miqyaslı yarışlarda Azərbaycanın üçrəngli bayrağını ucaldırlar. 24 saylı körpələr evi-uşaq bağçasının kiçik idmançıları da rayon və respublika yarışlarında öz sözlərini deməyə çalışırlar.
05 İyun tarixində Göyçay şəhər Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə “Nar Şahzadəsi” adlı I Göyçay Açıq Birinciliyi keçirilib.
Yarışda Abşeron rayonunu təmsil edən 24 saylı körpələr evi-uşaq bağçasının şagirdi Alıkişiyeva Röya Ruslan qızı II yerə layiq görülüb
İyun 12-də Abşeron rayonunda Əlincə Karate Klubunun təşkil etdiyi Karate üzrə klublar arası turnirdə 24 saylı körpələr evi-uşaq bağçasının şagirdi Qənbərli Əli Mahir oğlu II yerə layiq görülüb.
24 saylı körpələr evi-uşaq bağçasının şagirdi Rzayeva Hüsnə Ramil qızı iyun 1-də Kürdəmirdə keçirilən bədii gimnastika üzrə “Xəyala doğru bir addım” adlı III Kürdəmir kubokunda iştirak edib. O, gözəl çıxışını nümayiş etdirərək III yerə layiq görülüb. Hüsnə Kürdəmir Olimpiya İdman Kompleksinin direktoru N . Tarverdiyev tərəfindən fəxri diplom və medalla mükafatlandırılıb.
Şamo Əliyev