Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçirilib. İkinci yarış günündə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq çəki dərəcələrində sərbəst güləş üzrə 222 pəhləvan mübarizə aparıb.
Çempionatda sərbəst və yunan-Roma güləş üzrə Abşeron yığma komandası da iştirak edib.
Güləş xalçası üzərində əzmkarlıqla mübarizə aparan Abşeron idmançıları azarkeşlərin də rəğbətini qazanıb. Müvafiq çəki və yaş kateqoriyaları üzrə Kənan Heybətov və Əşrəf Kərimzadə bütün rəqiblərini məğlub edərək çempionatın qalibi olublar.
Digər güləşçilərimizdən də mükafatçılar sırasına düşənlər var. Riad Aslanov və Rəşid Babazadə yalnız final görüşündə məğlub olaraq gümüş medalla kifayətləniblər.
Daha 4 güləşçimiz isə bürünc medala layiq görülüb. Tural Musayev, Tehran Əliyev, Abdulcəlil Şabanov və Aydın Əhmədov üçüncülərin sırasında qərarlaşıblar.
Şamo Əliyev