Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Milli Məclisin 100 illik yubileyinə həsr olunan beynəlxalq futbol turnirinə start verilir

Tarix:9-03-2018, 18:11

Milli Məclisin 100 illik yubileyinə həsr olunan beynəlxalq futbol turnirinə start verilir

Bu gün “Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri”nə start verilir.

Turnir Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandalarının iştirakı ilə Bakıda martın 11-dək davam edəcək.

Turnirin açılışı ilə bağlı keçirilən tədbirdə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Azərbaycan tarixində 100 il bundan öncə çox önəmli hadisə baş verdi və Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. O qeyd edib ki, Azərbaycan parlamentinin bu prosesdə mühüm rolu oldu.

Komitə sədri bildirib ki, Azərbaycan idman ölkəsinə çevrilib: “Azərbaycanda Birinci Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları və müxtəlif yerli və beynəlxalq idman yarışları keçirilib. Həm ölkəmizin idman siyasətinə, həm parlamentin 100 illiyinə töhfə vermək, həmkarlarımızı ölkədə gedən proseslərlə,
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların vəziyyəti ilə tanış etmək məqsədlilə bu yarışı keçirməyi qərara aldıq. Sizin bu səfəriniz ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrini gücləndirəcək. Bizim parlamentimiz qısa tarixdə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib, lakin bu idmanı və siyasəti özündə birləşdirən tədbir birinci dəfədir ki, keçirilir".

Püşkatmaya əsasən, A qrupunda Azərbaycan və Latviya, B qrupunda isə Polşa və Türkiyə qərarlaşıb. Püşkə əsasən, Ukrayna birbaşa yarımfinala vəsiqə qazanıb. B qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna ilə qarşılaşacaq. A qrupunun qalibi isə birbaşa finala çıxacaq.

Qeyd edək ki, bu gün saat 16:00-da Azərbaycan-Latviya oyunu ilə turnirə start veriləcək. Ardınca Polşa və Türkiyə qarşılaşacaq.

Qeyd edək ki, oyunun əsas məqsədi parlament diplomatiyasına töhfə vermək, Azərbaycanın idman siyasətini tətbiq etməklə ölkənin mövqeyini beynəlxalq arenada möhkəmləndirmək, tanıtmaqdır. Bununla əlaqədar Milli Məclisdə parlamentin Gənclər və idman komitəsi ilə Türkiyə və Latviya parlametnlərinin müvafiq komitələri arasında Anlaşma Memorandumu imzalanıb.

Turnir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.

Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Azərbaycan güclü idman dövlətidir
Azərbaycan güclü idman dövlətidir
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Abşeronda “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Ana dilim əsrlərin mənəvi körpüsüdür
Ana dilim əsrlərin mənəvi körpüsüdür
Azərbaycana qarşı heç bir potensial təhlükə yoxdur
Azərbaycana qarşı heç bir potensial təhlükə yoxdur
Abşeronda “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.
Abşeronda “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.
Abşeron rayonunda qurumuş ağaclar yol kənarlarından götürüləcək
Abşeron rayonunda qurumuş ağaclar yol kənarlarından götürüləcək
Abşeron rayonunda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib
Abşeron rayonunda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib
Abşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir
Abşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir
Abşeronda Qarabağa qayıdış proqramı çərçivəsində təlimlər keçirilib
Abşeronda Qarabağa qayıdış proqramı çərçivəsində təlimlər keçirilib