ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları başa çatıb.Azərbaycan Güləş Federasiyasından yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparıb və bütün rəqiblərini məğlub edərək finala yüksəlib.
Finalda rəqib digər yarımqrupda Hindistan, Gürcüstan və Yaponiya komandalarını üstələyən ABŞ idmançıları olub. Gərgin keçən qarşılaşma ABŞ yığmasının 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Yığma komandamız dünya ikincisi olub və gümüş medallara layiq görülüb.