Bakıda keçiriləcək batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında Azərbaycan gimnastlarının əsas məqsədi öz bacarıqlarını göstərməkdir.
Bunu batut üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vladimir Şulikin deyib.
Onun sözlərinə görə, Avropa çempionatında batutda tullanmada ölkəni böyüklər arasında İlya Qrişunin və Ruslan Ağamirov təmsil edəcək:
“Onlar həm fərdi, həm də sinxron proqramda çıxış edəcək. 2019-cu il Avropa oyunlarına vəsiqə qazanmaq üçün finala çıxmağa çalışacağıq”.
Baş məşqçi qeyd edib ki, qadınlar arasında Azərbaycanı Svetlana Makştaryova və Veronika Zemlyanaya təmsil edəcək: