Abşeron Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin təsisçisi, Qarabağ qazisi Rövşən Quliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılan "Qarabağ qaziləri" futbol komandasının ilk təlim-məşq toplanışı baş tutub.
Əvvəlcə Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin sədir müavini Elmar Hüseynov komanda üzvlərinin hər birinə idman köynəkləri, məşq jiletləri, idman ayaqqabıları paylayıb.
Qazilərdən ibarət komanda üzvləri bu gün ilk məşqə çıxmalarına və müəyyən çətinliklərinə baxmayaraq, onlar futbol meydançasında əzmkar mübarizə aparıb, gözəl oyun nümayiş etdirə biliblər.
Məlumat üçün bildirək ki, komandanın ilk məşqləri həkimlərin nəzarəti altında həyata keçirilib.
Absheronxeber kollektivi olaraq "Qarabağ qaziləri" Futbol Komandasının qələbəyə doğru inamla addımlayacağına inanırıq!\