"Barselona" öz tarixi ərzdində 30-cu dəfə İspaniya Kubokunun qalibi olub.
Kubokun final oyununda "Barselona" və "Sevilya" "Metropalitano" stadionunda qarşılaşıblar. Oyun 0:5 hesabı ilə "Barselona"nın xeyrinə yekunlaşıb.
Oyunda Luis Suarez (14-cü və 40-cı dəqiqə), Lionel Messi (31-ci dəqiqə), Andres İniesta (52-ci dəqiqə) və Koutinyo (69-cu dəqiqə) fərqləniblər.
Qeyd edək ki, "Barselona" bu turnirdə ən çox titula malik komandadır. İkinci pillədə Bilbao şəhərinin "Atlerik" klubu (23 kubok), üçüncü pillədə isə Madridin "Real" klubu (19 kubok) qərarlaşıb.