Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Pakistanda ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə qolf turniri keçirilib

Tarix:2-05-2018, 23:55

Pakistanda ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə qolf turniri keçirilib


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Azərbaycanın Pakistandakı səfirliyinin və İslamabadın Bahriya rayonunun rəhbərliyinin təşkilatçılığı ilə Bahriya Qolf Klubunda qolf turniri və digər əyləncəli yarışlar keçirilib.Turnirdə və digər yarışlarda Pakistanda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, tanınmış qolfçular və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Turnirin qaliblərinin mükafatlandırılması mərasimində Bahriya rayonunun icraçı direktoru, ehtiyyatda olan general-mayor Məhəmməd Əli Xan və Bahriya Qolf Klubunun əməliyyatlar üzrə direktoru Semi Saveri bildiriblər ki, 1960-cı illərdən başlayaraq Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə təhsilin, infrastrukturun, həmçinin neft və qaz sənayesinin inkişafına mühüm töhfələr verən ulu öndər Heydər Əliyev 1993-cü ildə müstəqilliyinin itirilməsi təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanda hakimiyyətə qayıdaraq ölkəni dərin böhrandan xilas edərək dinamik inkişaf yoluna çıxarıb. Dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və müdrik siyasət nəticəsində Azərbaycanın suverenliyi və müstəqilliyi tam təmin olunub. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi Heydər Əliyevin neft strategiyasının böyük uğurlarındandır.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ümummilli lider Heydər Əliyevin istər sovet dövründə, istərsə də müstəqillik illərində Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb. Diplomat dahi şəxsiyyətin həyata keçirdiyi müdrik islahatlar nəticəsində ölkədə bütün sahələrdə möhkəm və davamlı inkişafın bərqərar edildiyini vurğulayıb.

Qolf turnirinin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilməsinin təsadüfi olmadığını bildirən səfir Ulu Öndərin Azərbaycanda idmanın inkişafına daim xüsusi önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, məhz Ümummilli Liderin yürütdüyü siyasət nəticəsində Azərbaycanda idman sürətlə inkişaf edib, idmançılarımız olimpiadalarda, dünya və Avropa çempionatlarında, digər nüfuzlu turnirlərdə mühüm uğurlar qazanırlar.

Çıxışlardan sonra turnirin və əyləncəli yarışların qaliblərinə kuboklar, milli suvenirlər, ilk yerləri tutmuş qolfçulara isə Azərbaycana səyahət etmək üçün İslamabad-Bakı-İslamabad aviareysi üzrə dörd bilet təqdim olunub.

Sonda ziyafət verilib və konsert proqramı təqdim edilib.

Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır
Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır