Mayın 16-da Sumqayıt şəhər Şahmat Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-illiyinə həsr olunmuş ümumtəhsil məktəblərinin müəllimlərinin Respublika birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd müəllimlər arasında intellektual idman növü olan şahmat oyununu təbliğ etmək, güclü şahmatçıları aşkar etmək, eyni zamanda müəllimlərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etməkdən ibarətdir.
Yarışda respublikanın 58 bölgəsinin müəllimləri təmsil olunub.
Oyunun nəticələrinə əsasən Abşeron rayon, Masazır kənd 3 nömrəli tam orta məktəbin müəllimi Natavan Yelmarova I yerə, Murad Əmrahlı (Şəki) II yerə, Cahangir Niftəliyev (İsmayıllı) isə III yerə layiq görülüb.