Xəbər lentİ

Daha bir cüdoçumuz DÇ-nin 1/16 finalına vəsiqə qazandı

15:28, 22.09.18
Oxunub: 903
İDMAN
Daha bir cüdoçumuz DÇ-nin 1/16 finalına vəsiqə qazandı


Bakıda keçirilən cüdo üzrə dünya çempionatında kişilər arasında 73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən daha bir idmançımız Hidayət Heydərov tatami üzərinə çıxıb. O, 1/32 final mərhələsində iraqlı Sajjad Sehenlə qarşılaşıb.

Təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/16 finala vəsiqə qazanıb. Bu mərhələdə H.Heydərovun rəqibi Sedrik Bessi (Monako) olacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 27-də başa çatacaq.

Fikirlər

 Oxşar xəbərlər: