Absheron Media
Haqqımızda Bizimlə əlaqə

AMPK-nın prezidenti Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Tarix:31-05-2019, 19:56

AMPK-nın prezidenti Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.

Görüşdə İ.Rəhimov Azərbaycanda Paralimpiya hərəkatı və sürətli inkişafı, idmançılarımızın beynəlxalq yarışlardakı uğurları, bu hərəkata dövlət qayğısı, uşaq Paralimpiya hərəkatı və idmançıların reabilitasiyası, onların məişət şəraitinin yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyası sahəsində görülən işlər barədə geniş məlumat verib.

Qeyd edib ki, hazırda komitənin nəzdində 16 idman növü mövcuddur. Bunlardan 14-ü yay, 2-si isə qış idman növüdür. İ.Rəhimov növbəti Yay Paralimpiya Oyunlarının Yaponiyada keçiriləcəyini xatırladaraq AMPK-nın bu mötəbər turnirə ciddi hazırlaşdığını bildirib.

AMPK prezidenti Yaponiyanın Azərbaycandakı səfirliyi və bu ölkənin Paralimpiya Komitəsi ilə birgə əməkdaşlığın qurulmasının hər iki tərəf üçün önəmli olacağını vurğulayıb.

Səfir T.Katori komitə nümayəndələri ilə görüşdən məmnun olduğunu qeyd edib. O, nitqində Yaponiya səfirliyinin dəstəyi ilə ölkəmizdə idman sahəsində bir sıra layihələrin həyata keçirildiyini bildirib. Belə ki, Gəncədə cüdo idman zalının Yaponiya səfirliyinin vəsaiti ilə təmir edildiyi və hər il orada “Səfir kuboku” yarışının keçirildiyi qeyd olunub. Səfir AMPK ilə əməkdaşlıqda maraqlı olduğunu bildirərək, birgə layihələrin həyata keçiriləcəyinə ümid etdiyini deyib.

Sonda birgə əməkdaşlıq barədə məsələlər geniş müzakirə olunub.

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək

Cəbrayıllılar doğma yurdlarına qayıdırlar

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur

Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi

Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir

Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu

Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi

Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq

İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...

Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu

Qardaş Özbəkistanla yolumuz, amalımız birdir

Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır

Azərbaycan güclü idman dövlətidir
Azərbaycan güclü idman dövlətidir
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər

Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib

Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir