Xəbər lentİ

Abşeronun 2 komandası “Xəmsə” milli intellektual oyununun qalibi oldu

10:32, 01.12.19
Oxunub: 974
İDMAN / MARAQLI
 Abşeronun 2 komandası “Xəmsə” milli intellektual oyununun qalibi oldu


Sumqayıtdakı Gənclər Evində "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VII Azərbaycan çempionatının Abşeron zona mərhələsinin qalibləri müəyyənləşib.

Yarışda Sumqayıt şəhəri (4 komanda ), Abşeron (2 komanda) və Xızı (2 komanda) rayonu 8 komanda ilə təmsil olunub. Ümumilikdə, bilik yarışında 79 nəfər iştirak edib.

Gərgin mübarizə şəraitində keçən bilik yarışının sonunda Abşeron rayonunu təmsil edən “Pentaqon” komandası I, “Qəzəlxan” komandası isə III yeri tutaraq finala vəsiqə qazanıb.

Oyunun keçirilməsində əsas məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdəndir.

 Abşeronun 2 komandası “Xəmsə” milli intellektual oyununun qalibi oldu
 Abşeronun 2 komandası “Xəmsə” milli intellektual oyununun qalibi oldu
 Abşeronun 2 komandası “Xəmsə” milli intellektual oyununun qalibi oldu
 Abşeronun 2 komandası “Xəmsə” milli intellektual oyununun qalibi oldu
 Abşeronun 2 komandası “Xəmsə” milli intellektual oyununun qalibi oldu
 Abşeronun 2 komandası “Xəmsə” milli intellektual oyununun qalibi oldu

Fikirlər

 Oxşar xəbərlər: