Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb.
Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin, idman cəmiyyətlərini təmsil edən yarışda 29 komandanın 109 boksçusu qüvvəsini sınayıb.
Altı gün davam edən turnirdə səkkiz çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib. Daha çox millinin ikinci nömrə boksçularının qatıldığı çempionata bəzi əsas yığma üzvləri də qatılıb.
Həlledici döyüşlərdə qalib gələn Maqsud Xasmətov (-52 kq), Ümid Rüstəmov (-57 kq), Cavid Çələbiyev (-63 kq), Sərxan Əliyev (-69 kq), Amin Kuşkov (-75 kq), Cəbrayıl Yelekov (-81 kq), Rauf Rəhimov (-91 kq) və Asəf Aslanlı (+91 kq) çempion tituluna sahib olub.
Yarışın qalibi adını qazanan Abşeron idmançısı Maqsud Xasmətov (52 kq) bu dəfə də birinciliyin ən gənc boksçu adına sahib olub.