Absheron Media
Haqqımızda Bizimlə əlaqə

ABŞERONUN AYAQ SƏSLƏRINI HAMI EŞIDƏCƏK

Tarix:28-12-2014, 04:33

 

Ölkədə idmanın inkisafının geniş vusət alması təbii ki, Abşerondan da yan kecməyib. Rayonumuzun ərazisində yerləsən qəsəbələrdə müasir standartlara cavab verən idman qurğuları inşa edilib. Gənclərin sağlam gələcəyi üçün hər cür şərait yaradılıb . Ağırlıqqaldırma, guləş, boks və bir cox digər seksiyalar fəaliyyət göstərir. Lakin rayonumuz həmişə ilk növbədə öz futbol ənənəsi ile tanınıb ve hələ SSRI dönəmindən ölkə futbolunun inkisafına daim öz tohvəsini verib. Etiraf etməliyik ki, son zamanlar vəziyyət bir o qədər də ürəkaçan deyildi. Belə ki, bölgəmizin komandaları ən yaxsı halda əhəmiyyətsiz , ikinci dərəcəli turnirlərdə öz q üvvəsini sınayırdı ve elə bir uğur qazana bilmirdi. Bu nailiyyətsizlik boşluğunu birinci dəstədə mübarizəyə qoşulan və birinci yeri tutaraq elitaya vəsiqə qazanan Abşeron klubu doldura bilərdi. Lakin, Mirbagır Isayevin min bir əziyyətlə formalasdırdığı komandapremyer-liqaya yüksəldikdən sonra gözlənilmədən dagıldı. 

Belə bir vəziyyətdə heç olmasa bir komanda yaradaraq bu boşluğu qismən də olsa doldurmaq artıq zamanın tələbinə cevrilmisdi. Əlbəttə, komanda yaradaraq böyuk futbolda mübarizə aparmaq böyük maliyyə vəsaiti tələb etdiyindən biz futzal çempionatında iştirak etmək ücün fəaliyyətə basladiq. Qarabağ müharibəsinin veteranı Nüslət Xəlilov, iş adamı Əli Osmanlı , ölkənin tanınmıs futzal veteranı idman ustası Vahid Abdullayev , diğər veteran futbolçu - qapıçı Elşən Ələsgərov və mən yazar Idris Huseynoglu bir yerdə məsləhətləşərək öz gələcək fəaliyyətimizi müəyyənləşdirdik. Ilk növbədə istedadlı gəncləri bir yerə toplayaraq öz fikrimizi onlara bildirdik. Düzü, bizim bu ideyamıza munasibət gözlədiyimizdən fərqli effekt verdi. Komandanın məşqlərində iştirak etmək istəyənlərin sayı durmadan artırdı. Belə bir vəziyyət bizi təbii ki, həvəsləndirirdi və nə qədər düzgün addım atdığımıza əyani sübut idi. Lakin, digər tərəfdən baş məsqçi Vahid Abdullayevə əlavə problemlər yaradırdı. Təbii ki, məşqlərə qatılan istedadların hamısı oynamaq istəyir , bu da məşqçinin heyəti formalaşdırmaqla bağlı işini çətinləşdirir. Amma böyuk təcrübəyə malik Vahid muəllim (o futzal uzre 4 qat respublika çempionudur. ) öz işinin ustası olduğunu cox tez sübut etdi. O, qısa zaman kəsiyində təxminən eyni səviyyeli 3 qrup formalaşdırmaga nail oldu. Bu da komandaya mübarizənin gedişində heyətdə rotasiyalar apararkən oyun keyfiyyətinin saxlanmasına imkan verir. Biz öz fəaliyyətimizi təkcə futzal üzrə ölkə cempionatının 1-ci dəstəsinə komanda cıxarmaqla məhdudlaşdırmırıq. Belə ki, artıq 3 müxtəlif yaş qrupunda kicik istedadlardan ibarət komandalarımızı yaratmışıq. Veteran qapici Elşən Ələsgərovun teşebbüsü ilə yaratdıgımız ABŞERON KOMANDASINA XÜSUSILƏ BÖYÜK ÜMIDLƏR BƏSLƏYIRIK . Bu klubun rəsmi yarıslarda istirakı üçün artıq lazımı qurumlara müraciətimiz də olub və inanırıq ki, alacagımız cavab müsbət olacaq. Onu da qeyd etmək yerinə duşər ki, bizim klubun nəzdində sırf qapıçılardan ibarət xüsusi bir qrup Elsən Ələsgərovun rəhbərliyi altında məşqlər kecir ki, bu da məncə müsbət bir yenilik kimi qəbul edilməlidir.

Artıq bütün lazımı sənədləri AFFA-ya təqdim etmişik və birinci dəstədə iştirakımız dəqiqdir.

Nəzərinizə çatdırmaq istəyirəm ki, biz ilk gündən işimizi peşəkar səviyyədə qurmağa çalışmışıq. Baş məşqiçi Vahid Abdullayev , qapıçılarla işləyən məşqci Elşən Ələsgərovdan başqa komandadaxili saglam ab -havaya intizam məsələlərinə cavabdehlik daşıyan vəzifələr də nəzərdə tutulmuşdur və hal-hazırda fəaliyyət göstərir. Komandanın mətbuat xidməti və internet səhifəsi də fəaliyyətə başlayıb.

 

 Abşeron Futbol Məktəbinin təsisçisi Əli Osmanlı

 

ABŞERONUN  AYAQ  SƏSLƏRINI  HAMI  EŞIDƏCƏK

 

ABŞERONUN  AYAQ  SƏSLƏRINI  HAMI  EŞIDƏCƏK

 



  


Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Xalqımızın Zəfər sevinci
Xalqımızın Zəfər sevinci
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi