Xəbər lentİ

Ölkəmiz daha bir beynəlxalq turizm sərgisində təmsil olunur

18:50, 13.03.18
Oxunub: 873
İQTİSADİYYAT
Ölkəmiz daha bir beynəlxalq turizm sərgisində təmsil olunur


Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “MITT 2018” beynəlxalq turizm sərgisində ölkəmiz də təmsil olunur. Bu məqsədlə sərgidə Mədəniyyət və Turizm Nazirliyinin turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, planlaşdırma və inkişaf sektorunun məsləhətçisi Ümid Məcidli iştirak edirlər.

Nazirlikdən bildirilib ki, ölkəmizi sərgidə, həmçinin Milli Turizm Təbliğat Bürosu, Azərbaycan Konqreslər Bürosu, “Şahdağ” Turizm Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, nazirliyin Rusiyadakı turizm nümayəndəliyi “Tour A Vent” şirkəti, eləcə də iyirmi yerli turizm şirkəti və beş mehmanxana təmsil edir.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 90 kvadratmetr sahədə xüsusi layihə əsasında milli stend quraşdırılıb. Stenddə sərgiyə gələnlərə paylanılması üçün rus və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları yer alıb.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri “MITT” beynəlxalq turizm sərgisində 2002-ci ildən başlayaraq iştirak edir. Sərgidə bir sıra ölkələrdən 2000-dək şirkət təmsil olunur.

Fikirlər

 Oxşar xəbərlər: