Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərtac-Abşeron rayonunun 50 sakini birbaşa öz ünvanlarında mənzillərinə dair çıxarışlar əldə ediblər

Tarix:19-03-2018, 22:02

Azərtac-Abşeron rayonunun 50 sakini birbaşa öz ünvanlarında mənzillərinə dair çıxarışlar əldə ediblər


Daşınmaz əmlak bazarının canlanması, bu sahədə iqtisadi aktivliyin təmin edilməsi, sənədli əmlakların sayının artması prioritet istiqamətlərdəndir. Bu bazarın dinamikliyini təmin edən qeydiyyat xidmətlərinin sadələşdirilməsi, belə xidmətlərin vətəndaşlara daha rahat üsullarla çatdırılması isə inkişaf prinsiplərinin tərkib hissəsidir. Məhz daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial layihələrdən olan “Kütləvi çıxarış” kampaniyası da bu məqsədə xidmət edir. “Kütləvi çıxarış” kampaniyası əhatə dairəsi genişləndirməkdə davam edir.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, bu tədbirlərin davamı olaraq komitə Novruz bayramı ərəfəsində daha bir yeni inşa edilmiş binanın sakinlərini sevindirib. Belə ki, martın 19-da keçirilən növbəti “Kütləvi çıxarış” kampaniyasından Abşeron rayonunda yerləşən, 9 mərtəbəli 5 bloklu yaşayış kompleksinin sakinləri faydalanıb. Novruz bayramı münasibətilə keçirilən kampaniya çərçivəsində yaşayış kompleksinin 50 sakini birbaşa öz ünvanlarında mənzillərinə dair hazır çıxarışlar əldə ediblər.

Kampaniya vətəndaşların məşğulluq prosesinin pozulmadan qeydiyyat xidmətindən yararlanmasına, bu sahədə əlçatanlığın artırılmasına və vətəndaş məmnunluğuna səbəb olur. Vaxtlarına qənaət edən sakinlər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını ifadə ediblər.
Belə yaşayış komplekslərində yerləşən mənzillərin kütləvi qaydada çıxarışla təmin olunması bu sektorda dövlət qeydiyyatına alınmış mənzillərin payını artırır, vətəndaşlara mülkiyyəti ilə bağlı iqtisadi əməliyyatların daha rahat aparılması imkanlarını genişləndirir. Eyni zamanda, proses əhalinin mənzil bazarına olan marağı artırmaqla bu əmlakların hüquqi və iqtisadi əməliyyatlara cəlb olunması aktivliyini və rahatlığını təmin edir, belə əmlaklar isə vətəndaşlar üçün əlavə gəlir mənbəyinə çevrilir. Belə əmlakların iqtisadi proseslərə cəlb edilməsi son nəticədə daşınmaz əmlak bazarında canlanmaya səbəb olur.

Bundan başqa paytaxtla yanaşı, regionlarda da çoxmərtəbəli binaların kütləvi qaydada sənədləşdirilməsi aparılır. Bu isə bölgələrin həm sosial, həm də iqtisadi inkişafına dəstək verir.

Həmin gün bu yaşayış kompleksinin sakinlərinə hüquqi yardım xidməti də göstərilib. Vətəndaşlara çıxarış almaq üçün lazım olan sənədlər barədə məlumat verilib. Bundan başqa kampaniya çərçivəsində sakinlərə bildirilib ki, artıq təkrar bazarda daşınmaz əmlakın, o cümlədən torpaqların, mənzillərin qeydiyyatı tam olaraq onlayn rejimdə həyata keçirilir. Qeyd edilib ki, yeniliklərdən biri olan elektron çıxarışın tətbiqi də prosesin tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib. Belə ki, artıq elektron çıxarışı olan vətəndaşlar əmlaklarına dair hüquqi və iqtisadi əməliyyatlar apararkən müvafiq qurumlara kağız formasında sənəd təqdim etməsinə ehtiyac qalmır. Alqı-satqı, ipoteka, girov əməliyyatları aparılarkən tələb olunan arayışlar müvafiq qurumlara komitə tərəfindən onlayn rejimdə təqdim edilir və sənədlər elektron qaydada ərazi qeydiyyat ofislərinə ötürülür. Çıxarışlar isə vətəndaşın istəyinə uyğun olaraq kağız formada təqdim olunur və ya “Elektron hökumət” portalında yaradılan şəxsi kabinetdə yerləşdirilir. Eyni zamanda, sakinlərə bildirilib ki, onlar üçün yeni inşa edilən binalardan aldığı mənzilə dair çıxarışların təmin olunması barəsində əvvəlcədən onlayn qaydada məlumat almaq imkanları yaradılıb. Bu məqsədlə komitə tərəfindən yaradılan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlanan elektron xidmət vətəndaşların istifadəsindədir.

Qeyd edək ki, ƏMDK tərəfindən qeydiyyat xidmətlərinin birbaşa ünvanlara çatdırılması, bu sahədə həyata keçirilən sosial və innovativ tədbirlər qeydiyyat sisteminin formalaşdırılmasında mütərəqqi addımlardır. Belə işlər vətəndaş-məmur ünsiyyətinin maksimum azalması, əhalinin xidmətlərdən daha rahat və optimal faydalanması ilə nəticələnir.

Xatırladaq ki, komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.

Azərtac-Abşeron rayonunun 50 sakini birbaşa öz ünvanlarında mənzillərinə dair çıxarışlar əldə ediblər
Azərtac-Abşeron rayonunun 50 sakini birbaşa öz ünvanlarında mənzillərinə dair çıxarışlar əldə ediblər

Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır
Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır