Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Made in Azerbaijan- çeşid artır, ixrac coğrafiyası genişlənir

Tarix:26-03-2018, 01:26

Made in Azerbaijan- çeşid artır, ixrac coğrafiyası genişlənir


Azərbaycanda uğurla reallaşdırılan iqtisadi islahatların prioritetlərindən biri ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendi altında qeyri-neft məhsullarının istehsalının və ixracının təşviqidir. Artıq demək olar ki, Azərbaycan brendi dünyada şöhrət qazanmağa başlayıb.

Ötən il 3179 çeşiddə məhsul ixrac edilib

Məhsullarımızın xarici bazarlarda təşviqinin daha da gücləndirilməsi üçün atılan praktik addımlar öz müsbət nəticəsini verməkdədir. Ötən il "Made in Azerbaijan" brendi ilə 3179 çeşiddə məhsulun ixracı bunu deməyə əsas verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2018-ci ilin fevral ayı üçün təqdim olunan növbəti sayında göstərilir ki, yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 123 milyon dollar təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac 1/3 həcmdə artıb. İlin ilk ayı ərzində ən çox qeyri-neft məhsulları Rusiya Federasiyasına ixrac edilib (36.8 milyon dollar). Bundan başqa, Türkiyəyə 23 milyon, İsveçrəyə 17,9 milyon, Gürcüstana 11.3 milyon və Çinə 4.4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ən çox ixrac olunanlar - qızıl, xurma və polietilen

Yanvar ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) birinci yerdə qərarlaşıb (17 milyon dollar). Bu siyahıda ikinci yeri xurma (13 milyon dollar), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (9.7 milyon dollar) tutub.

Ümumiyyətlə, yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 35 milyon, plastmass və onlardan hazırlanan məmulatların ixracı 10 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5 milyon, kimya sənayesi məhsullarının ixracı 3.6 milyon dollar olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında meyvə-tərəvəzin ixracı 45 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ixracı 20 faiz artıb.

15 ölkəyə peyk telekommunikasiya xidmətləri ixrac edilib

"İxrac İcmalı"nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar ayında "Azərkosmos" ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib. Cari ilin ilk ayında "Azərkosmos" ASC peyk telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 423 min dollar məbləğində gəlir əldə edilib. "Azərkosmos" ASC-nin yanvar ayında xidmət ixracı əsasən BƏƏ, Almaniya, Misir, Gürcüstan, Çin, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrə olub.

78 ölkə, 556,6 milyon dollarlıq ixrac sifarişləri

Yanvar ayı ərzində "Azexport.az" portalına daxil olan ixrac sifarişləri 81,5 milyon dollar olub. Ümumilikdə isə 2017-ci ilin yanvar ayından bu ilin 31 yanvar tarixinə kimi portala dünyanın 78 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 556,6 milyon dollar təşkil edib.

2018-ci ilin yanvar ayında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya, Türkiyə, Ukrayna, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb.

Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin yanvar ayında ən çox ixrac sifarişi şərab, çay, fındıq ləpəsi, pomidor şirəsi, nar, nar konsentratı və alma olub. Həmçinin lobya, toyuq yumurtası, dekorativ güllər, kosmetik vasitələr, quru süd, dekorativ qurğular, qənnadı məhsulları, meyvə cemi, biyan kökü, mebel dəsti, mühərrik yağı, velosiped, pambıq yağı, boya məhsulları, pambıq toxumu (çiyid), kərpici və s. mallara da sifariş daxil olub.

Təbii qaz və sənaye məhsullarının ixracı getdikcə artır

Bu ilin ilk 2 ayında Azərbaycandan 217 min 283 ton neft məhsulları, 398 milyon 840 min kilovat/saat elektrik enerjisi, 10 min 568 ton kimya sənayesi məhsulları, 205 milyon 48 min kubmetr təbii qaz, 3 milyon 648 min 802 ton xam neft ixrac edilib.

İxrac edilən neft məhsullarının dəyəri 107 milyon 7 min dollar, kimya sənayesi məhsullarının dəyəri 6 milyon 623 min dollar, elektrik enerjisinin dəyəri 20 milyon 290 min dollar, təbii qazın dəyəri 29 milyon 428 min dollar, xam neftin dəyəri isə 1 milyard 827 milyon 303 min dollar olub.

Dünyada ilk dəfə olaraq online vahid ixrac ərizəsi xidməti

İqtisadi inkişaf strategiyası modernləşmə xəttinə əsaslanmaqla tam innovativ yönümdə həyata keçirilən Azərbaycanda çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində böyük layihələr həyata keçirilir.

Bunlardan biri də fevral ayında təqdim edilən online vahid ixrac ərizəsidir. Dünyada ilk dəfə olaraq Azərbaycanda təqdim olunan bu xidməti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Rəqəmsal Ticarət Qovşağı və "Azexport" portalı vasitəsilə həyata keçirəcək.

Sahibkarlar vahid ixrac ərizəsinin onlayn qaydada doldurmaqla məhsullarını daha asan ixrac edə biləcəklər. Yeni elektron xidmət, sahibkarların ixrac etdikləri məhsulları onlayn vahid ərizə əsasında müraciət etməklə ixrac üçün tələb olunan bütün icazə sənədlərinin əldə edilməsi, o cümlədən elektron gömrük bəyannaməsinin doldurulması və ixrac təşviqi məbləğinin alınmasını özündə birləşdirir.

Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır
Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır