Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ötən il məişət tullantılarından istifadə hesabına 170,3 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub

Tarix:24-04-2018, 14:11

Ötən il məişət tullantılarından istifadə hesabına 170,3 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub


Keçən il məişət tullantılarından istifadə hesabına 170,3 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2017-ci ildə ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2775,5 min ton və ya əvvəlki illə müqayisədə 8,1 faiz az tullantı əmələ gəlib. Onların 56,8 faizini bərk məişət tullantıları, 43,2 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Ötən il yaranmış 1576,5 min ton və əvvəlki illərdən qalmış 1,5 min ton bərk məişət tullantılarının 33,4 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi ölkə daxilində satılıb, 66,1 faizi isə zibilxanalara daşınıb. Məişət tullantılarından istifadə hesabına 170,3 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ildə alternativ enerji mənbələri üzrə istehsal olunmuş elektrik enerjisinin 65,8 faizini təşkil edir.

Sənayedə və digər sahələrdə təkrar xammal və istehsal tullantıları ehtiyatlarının 25,7 faizi, o cümlədən 24,1 faizi yeni məhsul alınması, 1,6 faizi isə digər məqsədlər üçün müəssisə daxilində istifadə edilib, 11,2 faizi ölkə daxilində satılıb, 0,5 faizi ixrac olunub, 10,9 faizi zibilxanalara atılıb, 51,7 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 208,3 min ton və ya əvvəlki illə müqayisədə 3 dəfə az təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 7,5 faiz olub. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 57 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib. Tullantıların böyük hissəsi mədənçıxarma sənayesi müəssisələrində yaranıb və onların 83,9 faizi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident