24.04.2018-ci il tarixdə Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mərkəzdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Abşeron rayon Məşğulluq Mərkəzi tərəfindən müəssisə və təşkilat nümayəndələri ilə dəyirmi masa keçirilib.
Dəyirmi masada “İşsizlikdən sığorta haqqında“ Azərbaycan Respublikasının qanunun tələbləri müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Sonda işəgötürən müəssisə nümayəndələrinin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
Şamo Əliyev